Futbol üzrə Sloveniya ikinci divizionunda 29-cu turun qarşılaşmaları baş tutub. Azərbaycanlı qolkiper Eldar Tağızadənin şərəfini qoruduğu “Bistritsa” komandası növbəti matçına çıxıb.
Səfərdə “Triglav Kran”la üz-üzə gələn “Bistritsa” rəqibini 4 cavabsız qolla məğlub edib. Qarşılaşmanın gedişatına birbaşa təsir edən Tağızadə, qapıda inamlı oyun nümayiş etdirməklə yanaşı, komandasının ilk iki qolunun vurulmasında birbaşa ötürmə ilə iştirak edib.
Hazırda hesabında 42 xal olan “Bistritsa” turnir cədvəlinin 6-cı pilləsində yer alır. Qeyd edək ki, bu çempionat statusuna görə Azərbaycan Birinci Liqasının analoqu hesab olunur.