Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43
Digər növlər

Avropa Liqasına hazırlıqlarını davam etdirən qadın voleybolçulardan ibarət ölkəmizin millisi Macarıstandakı təlim-məşq toplanışını uğurla yekunlaşdırıb. Mayın 12-dən 16-dək davam edən hazırlıq prosesi çərçivəsində yığmamız Macarıstan millisi ilə birgə məşqlər keçib. Toplanış çərçivəsində təşkil olunan hər iki yoxlama görüşü voleybolçularımızın parlaq qələbəsi ilə başa çatıb (3:0, 3:1).

Təlim-məşq toplanışının növbəti mərhələsi üçün millimiz bu gün Macarıstandan Sloveniyaya yola düşüb. Mayın 29-dək Maribor şəhərində məskunlaşacaq komandamızın proqramına fiziki və taktik hazırlıqlarla yanaşı, növbəti yoxlama oyunlarının keçirilməsi də daxildir.

Xatırladaq ki, Azərbaycan millisi Avropa Liqasında mübarizəyə doğma meydanda start verəcək. İyunun 5-7-də Bakıda təşkil olunacaq qarşılaşmalarda yığmamız İsveç və Estoniya komandalarını qəbul edəcək.

Paylaş:

Xəbər Lenti

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24