Azərbaycan basketbolunun son illərdəki hegemonu “Sabah”da gözlənilməz ayrılıq baş verib. Paytaxt təmsilçisi baş məşqçisi Rimas Kurtinaitislə yollarını ayırıb. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Ayrılığın səbəbi isə litvalı mütəxəssisin bundan sonra bütün diqqətini Litva kişilərdən ibarət milli komandasına yönəltmək istəməsidir.
Qeyd edək ki, Kurtinaitis “Sabah”ın qızıl dövrünün memarı hesab olunurdu. Bakı klubu mütəxəssisin sükanı arxasında olduğu müddətdə düz 3 dəfə Azərbaycan çempionu tituluna sahib çıxıb.