“Sabah”dan azarkeşlərinə möhtəşəm sürpriz

15.05.26 | 17:08
Ölkə futbolu

Premyer Liqasda qalibi “Sabah”, cari çempionatın son ev oyununda azarkeşləri üçün unudulmaz proqram hazırlayıb.

Paytaxt təmsilçisi 32-ci tur çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək derbi öncəsi fanatlarına unikal şans və bol əyləncə vəd edir. Klubun “Bank Respublika” və “Azərlotereya” ilə ortaq layihəsi sayəsində, stadiona gələn azarkeşlərdən ikisi “bayquşlar”ın Çempionlar Liqasının təsnifat mərhələsindəki ilk səfər oyununa yollanmaq şansı qazanacaq. Səfər xərcləri tamamilə tərəfdaşlar tərəfindən qarşılanacaq.

Mövsümün son ev matçı təkcə futbolla yekunlaşmayacaq. Oyunun startından 2 saat əvvəl azarkeşlər üçün müxtəlif hədiyyəli müsabiqələrlə zəngin fan-zona fəaliyyət göstərəcək. Böyük derbinin final fiti çalındıqdan sonra isə arenada əsl bayram ab-havası yaşanacaq. İlk olaraq tanınmış “Qara Dərviş” qrupunun iştirakı ilə möhtəşəm şou-proqram baş tutacaq, ardınca isə “Sabah”ın 2025/26 mövsümünün çempionluq kuboku və qızıl medalları ilə təltifetmə mərasimi təşkil olunacaq.

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək bu tarixi qarşılaşmanın bilet satışı hazırda sürətlə davam edir.

Paylaş:

Xəbər Lenti

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45

Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03

“Sabah” litvalı baş məşqçi ilə vidalaşdı

16.05.26 | 20:21

Gümüş və bürünc medalların sahibləri bəlli oldu!

16.05.26 | 17:05

DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15

Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55

“Araz-Naxçıvan” “Kəpəz”ə şans vermədi

16.05.26 | 09:18