Millinin yarımmüdafiəçisi Rüfət Abdullazadə gələn yay transfer hüquqları məxsus olduğu Xorvatiyanın “Varajdin”ə geri dönəcək.
Cari ilin qışından etibarən icarə əsasında “Zirə”də çıxış edən 25 yaşlı futbolçu, yeni mövsüm hazırlıqlarına xorvatların düşərgəsində başlayacaq. Lakin yarımmüdafiəçinin növbəti mövsümdə komandada qalıb-qalmayacağı hələlik dəqiq deyil. Klub rəhbərliyi və məşqçilər heyəti hazırlıq prosesindən sonra Rüfətin gələcəyi ilə bağlı yekun qərarını verəcək.
Rüfət Abdullazadənin “Varajdin”lə ilə hazırkı müqaviləsi 2028-ci il iyun 30-na qədər nəzərdə tutulub.