AFFA İntizam Komitəsi kubokda “Sabah” – “Qarabağ” matçının sonlarında baş verən qalmaqalla bağlı cəzaları açıqlayıb.
“Qarabağ”ın futbolçusu Marko Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyun cəzalanıb, 25 500 manat cərimələnib.
“Qarabağ”ın ümumi cərimə məbləği 70 min manatdan çoxdur.