İsveçrə futbolunda inqilab: Kiçik şəhərin böyük zəfəri

04.05.26 | 08:56
Dünya futbolu

İsveçrə Superliqasında sensasiya yaşanıb. Ölkə çempionatının debütantı “Tyun” klubu, 128 illik tarixinin ilk çempionluğunu rəsmiləşdirib. 1898-ci ildə təsis edilən və cəmi bir il əvvəl elitaya qayıdan komanda, İsveçrə futbolunun zirvəsinə yüksəlib.

Çempionluq yolu “Tyun” üçün asan olmayıb. Şənbə günü səfərdə “Bazel”ə 1:3 hesabı ilə məğlub olan lider, bayram hazırlıqlarını bir qədər təxirə salmalı olmuşdu. Lakin çempionluq taleyi bazar günü “Sankt-Qallen”in büdrəməsi ilə həll olunub. Əsas izləyici olan “Sankt-Qallen” öz meydanında “Sion”a 0:3 hesabı ilə uduzaraq “Tyun”u əlçatmaz edib. Çempionatın sona çatmasına 3 tur qalmış liderlə ikinci yer arasındakı xal fərqi 11-ə yüksəlib.

“Tyun” azarkeşləri bu tarixi anı öz stadionlarında qurulmuş böyük ekranda izləyiblər. “Sankt-Qallen”in məğlubiyyətindən sonra Aare çayı sahilində yerləşən kiçik Tyun şəhərində əsl bayram ab-havası yaşanıb. Şəhər şurası tarixi qələbə münasibətilə restoran və barların 24 saatlıq iş rejiminə keçməsinə icazə verib.

Mövsümün əvvəlindən liderliyi əldən verməyən komanda, son 5 oyundan 4-də məğlub olsa da, topladığı xal ehtiyatı sayəsində İsveçrə futbolunda yeni səhifə açmağı bacarıb. 

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27