“Şalke 04” yenidən Almaniya futbolunun elitasına vəsiqə qazandı. “Fortuna Düsseldorf” üzərində qazanılan 1:0 hesablı qələbə klubun Bundesliqaya qayıdışını rəsmiləşdirdi.
Final fiti səslənən kimi meydanda və tribunlarda əsl bayram ab-havası yaşandı. Gözlənildiyi kimi, azarkeşlər intizam nümayiş etdirərək meydançaya axışmasalar da, emosiyalar pik həddə çatdı. Futbolçuların pivə duşu, qələbə sədaları və bir-birini qucaqlayan oyunçuların üzündəki səmimi sevinc illərdir davam edən gərginliyin yerini böyük bir yüngülləşməyə verdiyini göstərirdi.
Komandaya çempionluq titulunu və yüksəlişi bəxş edən qolun müəllifi Kenan Karaman matçdan sonra “Nitro” kanalına müsahibə verərkən emosiyalarını gizlədə bilməyib: “Biz bu anı çox gözlədik – həm klub, həm də şəhər olaraq. Çox çətin illər arxada qaldı. Bu uğura nail olmağımız sözlə təsvir olunmaz bir hissdir. Komandamla sonsuz qürur duyuram”.
“Şalke”nin müdafiəçisi Timo Bekker isə “Sky” kanalına açıqlamasında klubun ruhundan bəhs edib: “Bu qələbə mənim üçün hər şey deməkdir. Bu klub həmişə qəlbimdə olub. “Şalke” çətin anlarda bir yumruq kimi birləşməyi və ən mürəkkəb vəziyyətlərdən çıxmağı bacarır. Bu gün biz bunu bir daha sübut etdik“.
Baş məşqçi Miron Musliç final fitindən dərhal sonra meydanda dua edərək qələbəni ilk növbədə ailəsi və azarkeşlərlə qeyd etdi. Tribunaların adını xorla səsləndirdiyi məşqçi, bu uğurun psixoloji tərəfinə toxunub: “Biz ‘Şalke’ azarkeşlərinə itirilmiş bir şeyi – komanda ilə tərəfdarlar arasındakı o müqəddəs bağı geri qaytardıq”,