“Şalke” Bundesliqaya qayıdır: Gelzenkirxen bayram edir!

03.05.26 | 15:05
Dünya futbolu

“Şalke 04” yenidən Almaniya futbolunun elitasına vəsiqə qazandı. “Fortuna Düsseldorf” üzərində qazanılan 1:0 hesablı qələbə klubun Bundesliqaya qayıdışını rəsmiləşdirdi.

Final fiti səslənən kimi meydanda və tribunlarda əsl bayram ab-havası yaşandı. Gözlənildiyi kimi, azarkeşlər intizam nümayiş etdirərək meydançaya axışmasalar da, emosiyalar pik həddə çatdı. Futbolçuların pivə duşu, qələbə sədaları və bir-birini qucaqlayan oyunçuların üzündəki səmimi sevinc illərdir davam edən gərginliyin yerini böyük bir yüngülləşməyə verdiyini göstərirdi.

Komandaya çempionluq titulunu və yüksəlişi bəxş edən qolun müəllifi Kenan Karaman matçdan sonra “Nitro” kanalına müsahibə verərkən emosiyalarını gizlədə bilməyib: “Biz bu anı çox gözlədik – həm klub, həm də şəhər olaraq. Çox çətin illər arxada qaldı. Bu uğura nail olmağımız sözlə təsvir olunmaz bir hissdir. Komandamla sonsuz qürur duyuram”.

“Şalke”nin müdafiəçisi Timo Bekker isə “Sky” kanalına açıqlamasında klubun ruhundan bəhs edib: “Bu qələbə mənim üçün hər şey deməkdir. Bu klub həmişə qəlbimdə olub. “Şalke” çətin anlarda bir yumruq kimi birləşməyi və ən mürəkkəb vəziyyətlərdən çıxmağı bacarır. Bu gün biz bunu bir daha sübut etdik“.

Baş məşqçi Miron Musliç final fitindən dərhal sonra meydanda dua edərək qələbəni ilk növbədə ailəsi və azarkeşlərlə qeyd etdi. Tribunaların adını xorla səsləndirdiyi məşqçi, bu uğurun psixoloji tərəfinə toxunub: “Biz ‘Şalke’ azarkeşlərinə itirilmiş bir şeyi – komanda ilə tərəfdarlar arasındakı o müqəddəs bağı geri qaytardıq”,

Paylaş:

Xəbər Lenti

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28