Holandın pivə reklamı Norveçdə qalmaqal yaratdı

30.04.26 | 14:45
Dünya futbolu

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Holand ABŞ-ın nəhəng pivə istehsalçısı ilə imzaladığı yeni reklam müqaviləsi və çəkildiyi musiqili kliplə vətəni Norveçdə şok effekti yaradıb. Alkoqol reklamına qoyulan sərt qadağalar səbəbindən həmin çarxın Norveç televiziyalarında nümayişi qeyri-mümkündür.

FİFA-nın uzunillik tərəfdaşı olan Budweiser brendi ilə əməkdaşlığa başlayan Holand, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi qarşıdakı Dünya Çempionatı zamanı şirkətin rəsmi siması olacaq. Çərşənbə axşamı yayımlanan ilk reklam çarxında Erlinq ilə yanaşı, atası Alf-İnge Holand və məşhur məşqçi Yurgen Klopp da yer alıb. Ulduz futbolçu bu tərəfdaşlığı belə şərh edib: “Özümün ilk Dünya Çempionatında maksimum gücümü ortaya qoymaq niyyətindəyəm. Kampaniyanın “Qoy sel kimi axsın” (Let it pour) şüarı turniröncəsi hisslərimlə tam üst-üstə düşür”.

Lakin futbolçunun bu addımı ölkəsində birmənalı qarşılanmayıb. Norveç Futbol Federasiyası (NFF) ilə əməkdaşlıq edən və spirtli içkilərə qarşı mübarizə aparan “Av og til” təşkilatı kəskin bəyanatla çıxış edib. Təşkilatın baş katibi Raqnhild Kaski bildirib: “Norveç gəncliyinin kumiri olan bir idmançının spirtli içki reklamına çəkilməsi həm sarsıdıcı, həm də son dərəcə qeyri-etikdir. Videoda Norveç bayrağı və milli komanda formasının görünməsi dolayısı ilə NFF-in reklamı kimi qəbul edilə bilər ki, bu da qətiyyən yolverilməzdir.”

Ekspertlər xatırladırlar ki, Norveç futbolunun ulduzları heç də həmişə alkoqol brendlərinə üstünlük verməyiblər. Məsələn, 1994-cü ildə ABŞ-da keçirilən mundialda milli komandanın oyunçuları və baş məşqçi Egil “Drillo” Olsen dondurma reklamı ilə gündəmə gəlmişdilər. O zaman böyük rəğbətlə qarşılanan “Drillo Is” markası satış rekordlarını alt-üst edərək, uzun illər bazarın liderinə çevrilmişdi.

Marketinq üzrə professor Anders Mamenin fikrincə, “Budweiser” ABŞ-da nəhəng olsa da, Avropa bazarında mövqelərini möhkəmlətməyə ehtiyac duyur: “Holandın dünya şöhrəti və skandinaviyalıların “pivəsevər” imici ilə assosiasiya olunması şirkətin satışlarını artırmaq üçün ideal gedişdir”.

Hazırda Norveç ictimaiyyəti ulduz futbolçunun milli dəyərləri, yoxsa kommersiya maraqlarını üstün tutduğunu müzakirə edir.

Paylaş:

Xəbər Lenti

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53