Azər Bağırov: “Yusif İmanov azarkeşlərlə davranışına görə cəzalanacaq”

19.04.26 | 22:34
Ölkə futbolu

Premyer Liqanın XXVIII turunda evdə “İmişli”yə minimal hesabla (0:1) məğlub olan “Kəpəz”in baş məşqçisi Azər Bağırov qarşılaşmadan sonra mətbuat konfransında çıxış edib. Mütəxəssis məğlubiyyətin səbəbləri, komanda daxilindəki ab-hava və qapıçı Yusif İmanovun azarkeşlərlə yaşadığı insidentə münasibət bildirib.

Rəqibin müdafiə futboluna hazır olduqlarını bildirən baş məşqçi, qol epizodunda diqqətsizlik nümayiş etdirdiklərini vurğulayıb: “Biz “İmişli”nin müdafiədə necə sıx oynadığını bilirdik və futbolçularımıza bu barədə tapşırıqlarımızı vermişdik. Xüsusilə standart vəziyyətlər zamanı maksimum ehtiyatlı olmağı tapşırmışdıq. Təəssüf ki, məhz standart vəziyyətdən qol buraxdıq. Qarşıdakı oyunlar bizim üçün həlledicidir. Bu məğlubiyyəti unudub, komandanı qələbəyə kökləməliyik”.

Son vaxtlar mətbuatda “Kəpəz”in rəhbərliyindəki mümkün dəyişikliklərlə bağlı yayılan xəbərlərin oyunçulara psixoloji təsirinə gəlincə, Bağırov bunları deyib: “Futbolçular da insandır, hər şey ola bilər. Lakin mənə elə gəlir ki, oyuna yaxşı hazırlaşmışdıq. Rəhbərlik dəyişə bilər, bu, futbolun bir parçasıdır və normal prosesdir. Peşəkar futbolçu bu fikirlərdən uzaq olmalıdır. Gəncənin Azərbaycan futbolundakı yerini hər kəs bilir. Burada çıxış etmək üçün daha məqsədyönlü və xarakterli olmaq lazımdır”.

Matçdan sonra qapıçı Yusif İmanovla azarkeşlər arasında yaşanan gərginlik baş məşqçinin diqqətindən qaçmayıb: “Yusifin nə qədər əsəbi olmasından asılı olmayaraq, azarkeşlərə qarşı belə davranışı qəbuledilməzdir. O, özü də səhvini başa düşüb. Bizi sona qədər dəstəkləyən insanlarla bu cür rəftar etmək olmaz. Yusif tərəfimdən şəxsən cəzalandırılacaq”.

Komandanın hər mövsüm elitada qalmaq uğrunda mübarizə aparmasına da toxunan mütəxəssis, büdcə və heyət məsələsinə diqqət çəkib: “Məsələyə başqa tərəfdən baxaq. İlk 5-6 yer uğrunda mübarizə aparan klublarla aramızdakı büdcə fərqi hər şeyi deyir. Yuxarı pillələr üçün ən azı 18 bərabərsəviyyəli futbolçudan ibarət heyət lazımdır. Keyfiyyətli futbolçu komandanı irəli aparan əsas qüvvədir”.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13