Gürcüstanda cüdo üzrə Avropa çempionatı davam edir. Yarışın dördüncü günündə fərdi mübarizəyə yekun vurulacaq. Bu gün millimizin daha üç üzvü tatamiyə çıxıb.
Günün əsas diqqət mərkəzində olan çəki dərəcələrindən biri 100 kq-dır. Millimizin liderlərindən biri, eks-qitə çempionu Zelim Kotsoyev yarışa inamlı start verib. O, ilk görüşündə Şimali Makedoniya təmsilçisi Nikola Pavlovskini çətinlik çəkmədən məğlub edərək adını 1/8 finala yazdırıb. Bu mərhələdə ukraynalı Yaroslav Davıdçukla üz-üzə gələn Kotsoyev, rəqibi üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Azarkeşlər təcrübəli cüdoçudan medal kürsüsünə yüksəlməyi gözləyirlər.
Təəssüf ki, ağır çəkilərdə mübarizə aparan digər iki idmançımız üçün turnir uğurlu alınmayıb. +100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov startı buraxsa da, ikinci mərhələdə Erik Abramovla qarşılaşmada məğlubiyyətlə üzləşərək çıxışını başa vurub. Qadınların yarışında isə (+78 kq) Mədinə Qaysinova ilk görüşündəcə Elis Startsevaya uduzaraq Avropa çempionatı ilə vidalaşmalı olub.
Hazırda Azərbaycan yığmasının aktivində 4 medal var. Komandamız hələlik qızıl medal qazanmasa da, hesabında 1 gümüş və 3 bürünc medal var.
Qeyd edək ki, fərdi yarışlardan sonra komandalar komanda hesabında da qüvvələrini sınayacaqlar.