Yevlaxda vacib qələbə: “Karvan” elitada qalmaq üçün “döyüşür”

18.04.26 | 17:49
Ölkə futbolu

Premyer Liqanın 28-ci turu çərçivəsində Yevlaxda keçirilən qarşılaşma yerli azarkeşlər üçün böyük sevincə səbəb olub. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Karvan-Yevlax”, doğma meydanda “Şamaxı”nı qəbul edərək mövsümün ən kritik qələbələrindən birini qazanıb.

Yevlax Şəhər Stadionunda keçirilən matç gözlənildiyi kimi gərgin və ehtiyatlı oyunla başlayıb. Hər iki komandanın xal itirməkdən çəkinməsi oyunun tempinə təsir etsə də, meydan sahibləri hücumda daha kəsərli görünməyə çalışıblar. Qarşılaşmanın taleyini həll edən yeganə qol 39-cu dəqiqədə vurulub. “Karvan-Yevlax”ın legioneri Coy-Sleyd Mikkels rəqib qapısına yol taparaq komandasını önə keçirib – 1:0.

kinci hissədə “Şamaxı” hesabı bərabərləşdirmək üçün təzyiqi artırsa da, Fizuli Məmmədovun yetirmələri müdafiədə inamlı çıxış edərək minimal üstünlüyü sona qədər qoruya biliblər.

Bu qələbə “Karvan-Yevlax” üçün sadəcə üç xal deyil, həm də mənəvi baxımdan böyük stimul deməkdir. Ardıcıl ikinci qələbəsini qazanan Yevlax təmsilçisi xallarının sayını 14-ə çatdırıb. Hər nə qədər komanda hələ də cədvəlin zirzəmisində qalsa da, göstərilən mübarizə ruhu elitada qalmaq uğurunda sonadək savaşacaqlarından xəbər verir.

KARV-YEVLAX – ŞAMAXI – 1:0 (1:0)

Qol: Mikkels, 39 (1:0)

Baş hakim: Emin Əliyev.

Karvan-Yevlax: Pedru Mateuş, Vadim Abdullayev (k), Eltun Turabov, Vüsal Məsimov, Uğur Cahangirov (Kayl Spens, 39), Rauf Rüstəmli, Emin Rüstəmov, Coy-Sleyd Mikkels (Samir Abdullayev, 81), Şakil Sno, İmani Barker, Piter Kinqs.

Şamaxı: Abdulla Seyidəhmədov, Arsen Ağcabəyov (k), Andrey Tırkovyanu, Rüfət Abbasov, Edqar Adılxanov (Alfons Msanqa, 60), Rikardu Apolinario (Abdullahi Şuaybu, 73), Sezar, Oruc Məmmədov, David Santos, Vladislav Veremeyev (Həbib İsmayılov, 46), Kərim Rossi.Sarı vərəqələr: Apolinario, 49. Rüstəmov, 84. Tırkovyanu, 88. Turabov, 90+1.

Paylaş:

Xəbər Lenti

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27