Vitali Borisov: “Nə sistemimiz var, nə də meydanda bizi arxasınca aparacaq liderimiz”

13.04.26 | 21:54
Ölkə futbolu

Futzal üzrə millimiz Aktau şəhərində keçirilən yoldaşlıq görüşündə Qazaxıstan seçməsinə ağır hesabla (2:9) məğlub olub. Qarşılaşmadan sonra “milli”nin baş məşqçisi məğlubiyyətin səbəblərini açıqlayıb və komandadakı fundamental problemlərə toxunub.

Baş məşqçi ilk növbədə Aktaudakı möhtəşəm azarkeş dəstəyinin oyunun gedişatına təsir etdiyini vurğulayıb: “Belə bir atmosferdə oynamaq həqiqətən çətindir. Azarkeşlər arenanı tam doldurmuşdular və oyun boyu bir an belə dayanmadan komandalarını dəstəklədilər. Qazaxıstan yığmasında heyət baxımından müəyyən dəyişikliklər olsa da, onlar öz əsas “dördlük”lərini və oyun sistemlərini qoruya biliblər. Güclü və rəqabətli daxili çempionat sayəsində yeni oyunçular da bu sistemə sürətlə uyğunlaşırlar”.

Məşqçi komandamızın oyun quruculuğundakı çatışmazlıqlarını səmimi şəkildə etiraf edib. O bildirib ki, Gürcüstanla oyunlardan fərqli olaraq, bu dəfə təşəbbüs tamamilə rəqibin əlində olub: “Gürcüstanla görüşlərdə topa biz nəzarət edir, hücumlar qururduq. Lakin bu gün meydanda tam üstünlük rəqibdə idi. Qısa müddət ərzində ardarda qollar buraxdıq. Çünki komandada çətin anlarda məsuliyyəti üzərinə götürəcək, oyunu öz arxasınca aparacaq bir lider yoxdur. Oyunçulara hər zaman soyuqqanlılığı qorumağı tapşırırıq. Lakin meydanda bunun tam əksini görürük. Bu, birbaşa psixoloji hazırlıqla bağlıdır”.Məğlubiyyətə baxmayaraq, baş məşqçi bu cür çətin sınaqların milli komanda üçün vacib təcrübə olduğunu qeyd edib: “Biz hələ ki, nə konkret bir sxem, nə də sistem formalaşdıra bilmişik. Qısa müddətdə dörd ağır oyun keçirmək fiziki və psixoloji baxımdan çətindir, lakin ‘milli’nin təcrübə qazanması və çatışmazlıqları görməyimiz üçün bu qarşılaşmalar çox faydalıdır”.

Paylaş:

Xəbər Lenti

“Sabah”a ağır itki: Mikelsin üz sümüyü sınıb

19.04.26 | 14:37

Şahmatçılarımız tarixi zəfərin astanasında

19.04.26 | 14:04

“Neftçi”dən “Qarabağ”la oyunlar üçün “2-si 1-də” paketi

19.04.26 | 14:36

Nəriman Axundzadə növbəti matçına çıxdı: “Kolambus Kryu” məğlub oldu

19.04.26 | 12:38

Tiflisdə fərdi yarışlara yekun vurulur: Kotsoyevdən uğurlu start

19.04.26 | 12:40

Ölkə kubokunda finalın adı məlum oldu

19.04.26 | 01:35

Qurban Qurbanovdan sərt xəbərdarlıq: “Klubun adı “Qarabağ”dırsa, heç kimə güzəşt olmayacaq!”

19.04.26 | 00:39

Valdas Dambrauskas: “Bu oyunu məşqçilik kurslarında nümunə kimi göstərmək olar”

19.04.26 | 00:28

Füzuli Məmmədov: “Şamaxı” çempionatın ən intizamlı komandasıdır”

18.04.26 | 20:35

“Sabah” “Qarabağ”ı məğlub edərək çempionluğa yaxınlaşdı

18.04.26 | 19:35

Boksçularmız Braziliyada olimpiya lisenziyaları uğrunda mübarizəyə qoşulur

18.04.26 | 19:56

Ayxan Abbasov: “Məğlubiyyətimizə səbəb şanssızlıq yox, ustalıq səviyyəsidir”

18.04.26 | 19:59

Tbilisidən son durum: Millimizin hesabında 4 medal var

18.04.26 | 19:32

Yevlaxda vacib qələbə: “Karvan” elitada qalmaq üçün “döyüşür”

18.04.26 | 17:49

Zirədə son dəqiqə qolu: “Neftçi” qələbəni əldən verdi

17.04.26 | 23:06

AFFA-dan aşağı liqalarla bağlı yeni qərar: Komanda sayı artırılacaq

17.04.26 | 15:14

“İnter Mayami”dən Maskerano getdi, Xavi gəlir?

17.04.26 | 15:00

Hidayət Heydərov karyerasında 6-cı dəfə Avropa çempionatının finalında

17.04.26 | 14:23

TV PROQRAM

17.04.26 | 11:16

Messidən sürpriz investisiya: İspaniya klubunu satın aldı

17.04.26 | 07:32