28 illik həsrətə son qoyan “sirr”: Norveçlilər butsları niyə qaynadıramış?

25.04.26 | 14:45
Dünya futbolu

Norveç millisi 28 ildən sonra yenidən Dünya Çempionatına vəsiqə qazanması təkcə meydandakı oyunla deyil, həm də pərdəarxası qeyri-adi metodlarla bağlı imiş. Bu həftə işıq üzü görən və Skandinaviya təmsilçisinin seçmə mərhələdəki möhtəşəm performansından bəhs edən “Dirçəliş” (Oppstandelsen) kitabı futbol dünyasında səs-küyə səbəb olacaq detalları üzə çıxarıb.

75 dərəcədə “bişən” butslar

Yazıçı Alfred Ficestoöl bir il boyunca Norveç millisini addım-addım izləyərək komanda daxilindəki gizli prosesləri qələmə alıb. Kitabda ən diqqətçəkən məqamlardan biri oyunçuların butslarının hazırlanma prosesidir. Məlum olub ki, komandanın texniki heyəti futbolçuların ayaqqabılarını məşq və oyunlardan əvvəl xüsusi buxar kameralarında “bişirir”.

Müəllif həmin anları belə təsvir edir: “İsinmə hərəkətləri zamanı hərbçi nizam-intizamı ilə çalışan texniki heyət bütün oyunçuların butslarını toplayır. Onlar ayaqqabıları iki nəhəng portativ buxar kamerasında, tam 75 dərəcə temperaturda buxara verirlər”.

Məqsəd: “İkinci dəri” effekti

Bu texnikanın tətbiq edilmə səbəbi olduqca sadə, lakin effektivdir. Buxar vasitəsilə material maksimum dərəcədə yumşaldılır. Futbolçu isinmiş butsu ayağına geyindikdə, ayaqqabı quruyana qədər dərhal ayağın anatomik formasını alır. Beləliklə, buts ayaqda sərt idman ayaqqabısı kimi deyil, nazik və sıx bir corab kimi hiss edilir. Bu da oyunçunun topa toxunuşunu daha həssas edir və ayağın zədələnmə riskini (sürtünmə, qabar) minimuma endirir.

Stale Solbakken: “Nəticə verirsə, hər üsul önəmlidir”

Norveç millisinin baş məşqçisi Solbakken TV2 kanalına açıqlamasında bu metodu təsdiqləyib. O, texniki heyətin işinə müdaxilə etmədiyini, lakin bu xırda detalların böyük qələbələrdə payı olduğunu bildirib: “Heyətin işinə qarışmıram, amma bir fakt var: nəticə verən hər bir fənd, hətta ən kiçik detal belə bizim üçün vacibdir. Üstəlik, bu, çox da baha başa gələn bir üsul deyil”.Xatırladaq ki, Norveç yığması seçmə mərhələdə keçirdiyi bütün oyunlarda qalib gələrək 1998-ci ildən bəri davam edən mundial həsrətinə son qoyub. Görünən odur ki, Şimal təmsilçisinin uğurunun arxasında təkcə istedad deyil, həm də 75 dərəcəlik buxar və dəmir nizam-intizam dayanır.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46