17 yaşlı futbolçu qətlə yetirildi

15.05.26 | 08:12
Dünya futbolu

Kolumbiyanın Kartaxena şəhərində baş verən silahlı hücum nəticəsində “Krespo” futbol akademiyasının gənc müdafiəçisi Xesus Adrian Qonsales Arrieta faciəvi şəkildə həyatını itirib. “The Sun” nəşrinin yaydığı məlumata görə, qanlı hadisə şəhərin şimal sahilində, mağazalardan birinin qarşısında baş verib. Motosikletlə əraziyə yaxınlaşan iki naməlum şəxs futbolçu və onun iki dostuna qəfildən atəş açıb. Şahidlər ərazidə yeddi dəfə atəş səsi eşidildiyini və insanların panika içində qaçışdığını bildiriblər.

Hücum nəticəsində ağır yaralanan 17 yaşlı Arrieta xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Futbolçunun dostu, 21 yaşlı Santyaqo Xose Romero İnser də aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər yaralının vəziyyəti isə ağır, lakin stabil olaraq qiymətləndirilir.

Yerli polis rəsmisi Alexandro Salqado bildirib ki, hazırda cinayətkarların müəyyən edilməsi üçün Baş Prokurorluqla birgə genişmiqyaslı əməliyyat-axtarış tədbirləri keçirilir.

“İlkin araşdırmalar göstərir ki, cinayətkarlar qrupdakı şəxslərdən birini hədəf olaraq öncədən seçiblər. Lakin rəsmi olaraq təsdiq edirik ki, gənc futbolçu Arrietanın hər hansı cinayətkar qruplaşma ilə heç bir əlaqəsi olmayıb,” – deyə Salqado vurğulayıb.

Krespo” akademiyası gənc müdafiəçinin ölümü ilə bağlı emosional vida mesajı yayımlayıb:

“Bu gün futbol ailəsi öz övladlarından biri ilə vidalaşır. Rahat uyu, gənc oyunçu. Meydanda hər şeyini verdiyin və hər matçda sonadək mübarizə apardığın üçün sənə təşəkkür edirik.”

Məşqçi Roberto Ariza Arrietanı həm texniki bacarığına, həm də şəxsi keyfiyyətlərinə görə nümunəvi oyunçu kimi xatırlayıb. O, gənc futbolçunun parlaq gələcəyi olduğunu, kollektivdə hər kəs tərəfindən sevildiyini qeyd edib.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46