Zlatandan Halandın yeni imicinə zarafatyana reaksiya: “Məni blokla, nömrəmi sil”

23.08.26 | 18:40
Dünya futbolu

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haland yeni imici ilə futbol ictimaiyyətinin diqqət mərkəzinə düşüb. 26 yaşlı norveçli forvard özü ilə simvollaşan uzun saçlarını qırxdıraraq qeyri-adi “vikinq” üslubuna keçid edib.

Yeni mövsümdə “Mançester Siti” onsuz da bir çox dəyişikliklərlə yadda qalacaqdı. Pep Qvardiolanın gedişindən sonra baş məşqçi postuna Entso Mareskanın gətirilməsi ilə yanaşı, komandanın əsas qol silahı olan Halandın da vizual dəyişikliyə getməsi İngiltərə mətbuatının gündəmini zəbt edib. Norveçli futbolçu şəxsi “İnstagram” hesabında yeni saç düzümünü “Yeni mövsüm, yeni imic” şərhi ilə paylaşıb.

Lakin onun bu qərarı əfsanəvi isveçli hücumçu, 44 yaşlı Zlatan İbrahimoviç heç də birmənalı qarşılanmayıb.

Daha əvvəl norveçliyə “Güc saçlardadır” deyərək onları heç vaxt kəsdirməməyi tövsiyə edən Zlatan, Halandın ona etdiyi görüntülü zəng zamanı təəccübünü gizlədə bilməyib. Halandın yeni görünüşünə zarafatyana reaksiya verən isveçli veteran ona sərt “irad” bildirib: Sən nədir, mərc uduzmusan? Aman Tanrım. Məni blokla və nömrəmi sil!”

Zlatan zəng zamanı həyat yoldaşı Helena Seqerin də bu gözlənilməz dəyişikliyə reaksiyasını çatdıraraq, “Yoldaşım sənin dəli olduğunu deyir”, – deyə əlavə edib.

İbrahimoviçin tövsiyəsinə məhəl qoymayan Halandın bu imic dəyişikliyinin ona düşərli olub-olmayacağı isə tezliklə yaşıl meydanlarda bəlli olacaq. Xatırladaq ki, ötən mövsüm İngiltərə Premyer Liqasında 27 dəfə fərqlənən norveçli hücumçu, yeni mövsümdə də bombardirlik yarışının bir nömrəli favoriti hesab olunur.

Paylaş:

Xəbər Lenti

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20