“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36
Ölkə futbolu

Premyer Liqanın XXVIII turu “Zirə” komandası üçün yubileylə yadda qalıb. “Neftçi” ilə keçirilən gərgin qarşılaşmada qeydə alınan 1:1 hesablı bərabərlik “qartallar”ın elitadakı 100-cü heç-heçəsi olub.

Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına əsasən, “Zirə” indiyədək yüksək dəstədə ümumilikdə 332 matç keçirib. Bu nəticə ilə qəsəbə təmsilçisi Azərbaycan çempionatları tarixində 100 və daha çox heç-heçə edən 11-ci komanda kimi adını tarixə yazdırıb.  “Qəsəbə təmsilçisi bu bərabərliklərin 51-ni doğma meydanda, 49-nu isə səfər qarşılaşmalarında qeydə alıb.

“Zirə”nin Premyer Liqadakı ilk heç-heçəsi komandanın debüt mövsümünə təsadüf edib. Tarixi seriyanın başlanğıcı: 16 avqust 2015-ci ildə Gəncədə keçirilən “Kəpəz” – “Zirə” matçı (1:1) komandanın elitadakı ilk heç-heçəsi kimi protokollara düşüb.

Onu da qeyd edək ki, “Zirə” bu göstərici ilə ölkə çempionatının ən stabil və çətin məğlub edilən kollektivlərindən biri olduğunu bir daha sübut etdi.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46