“Zirə” futbol klubunda kadr dəyişikliyi olub. Klubun yaydığı məlumata görə, Elman Himayətoğlu idman direktoru təyin olunub.
Futbol sahəsində uzun illərin təcrübısinə malik Elman Himayətoğlu 2015-ci ildən “Zirə” klubunda çalışır. Bu təyinata qədər o, baş menecer vəzifəsində çalışıb və klubun nailiyyətlərinə öz töhfəsini verib.