“Qarabağ” “Zirə”dən üç xalını aldı

14.03.26 | 19:16
Ölkə futbolu

Bu komandaların görüşü adətən gərgin keçmir və intriqasız oyunlar kimi yadda qalırdı. Lakin bu dəfə vəziyyət fərqli idi. Əvvəllər “bakılı ağdamlılar” çempionatın şəksiz lideri timsalında “Zirə” ilə oyuna rahat çıxırdı. Amma indi rahatlanmaq vaxtı deyildi. “Sabah”ın yaratdığı xal fərqi və yığdığı sürət Qurban Qurbanovu dost-tanışa məhəl qoymamağa məcbur edirdi. Bu səbəbdən də “Qarabağ” oyuna ciddi köklənmişdi. Matç başlayar-başlamaz ərazi üstünlüyünü ələ alan qonaqlar 3 xalı təxirə salınmadan qazanmaq fikrində olduqlarını göstərdi. Amma bir müddət rəqibin qapısı önündə ciddi heç nə yaratmadı. Hətta 18-ci dəqiqədə qapısında qol da görə bilərdi. Konate az qala Koxalski ilə təkbətəkə çlxacaqdı, amma Mateus Silva ilə mübarizədə yerə düşdü. Doğrusu Mateusun rəqibə toxunduğu və onun yıxılmasında iştirak etdiyini iddia etmək olar. Lakin hakim elə əvvəldən penalti verməyə həvəsli olmadığını nümayiş etdirdi və hətta özü də VAR-a baxmadı. Əvəzində az sonra Montielin uzaq zərbəsi qol oldu. Bundan sonra zirəlilər təçəbbüsə yiyələndi və qaonaqları ciddi təzyiq altında qoydu. Rəşad Sadıqovun komandası daha sürətli, rəngarəng və irəliyə yönəlik taktikaya keçməklə “Qarabağ”ı müdafiə olmağa məcbur etdilər. İlk yarının sonlarında “Zirə”nin dalbadal üç künc zərbəsi qonanqların nə dərəcədə rahatsız olmasından xəbər verirdi.

“Qarabağ” ikinci hissəyə daha aqressiv başladı və tezliklə hesabı artırdı. Duran sol cinahdan gələn topu sürüşərək qapıya yönəltdi. Bundan sonra da qonaqlar üstün oynadılar, amma onların nisbətən arxayınlaşdıqları nəzərə çarpırdı. Belə arxayınlıq tezliklə özünü göstərdi. “Zirə”nin sürətli olmayan hücumu qolla nəticələndi. Amma Qurbanovun komandası səhvin haradan qaynaqlandığını tez başa düşdü və hərəkəti artıraraq 2 dəqiqə sonra fərqi yenidən ikiyə yüksəltdi və bununla da rəqibinə ciddi ismarıc verdi ki, istədikləri anda qol vurmaq imkanını özlərində saxlayırlar. Bu qol və ismarıc faktiki olaraq oyunun nida işarəsi idi və artıq “Qarabağ”ın hesabına 3 xal yazmaq olardı. Belə də oldu. Qurbanovun yetirmələri 3 xalını qazanaraq “Sabah”ın təqibini davam etdirdi. “Zirə” isə Avrokuboklara gedən yolda daha bir önəmli xallarını əldən verdi.

Premyer Liqa, 24-cü tur

ZİRƏ – QARABAĞ 1:3 (0:1)

 Qollar: Montiel, 22 (0:1), Duran, 56 (0:2), Nuriyev, 70 (1:2), Kadi, 72 (1:3)

 Baş hakim: Fərid Hacıyev.

Zirə: Tiaqo Silva, Quima, Braim Konate (Giorgi Papunaşvili, 63), İsmayıl İbrahimli, Rövlan Muradov (Ceyhun Nuriyev, 56), Elçin Əlicanov (Hacıağa Hacılı, 57), Ruan Renato (k), Davit Volkov (Leroy Mikels, 76), Enrike Kustodio, Junior Martins (Eren Aydın, 63), Anje Musinsi.

Qarabağ: Mateuş Koxalski, Elvin Cəfərquliyev (Toral Bayramov, 90+2), Abdulla Zubir (k) (Musa Qurbanlı, 85), Kevin Medina, Kadi, Mateus Silva, Conni Montiel (Marko Yankoviç, 74), Dani Bolt (Abbas Hüseynov, 90+2), Leandro Andrade, Pedro Bikalyo, Kamilo Duran. Sarıvərəqələr: Kustodio, 66.

Paylaş:

Xəbər Lenti

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45

Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03

“Sabah” litvalı baş məşqçi ilə vidalaşdı

16.05.26 | 20:21

Gümüş və bürünc medalların sahibləri bəlli oldu!

16.05.26 | 17:05

DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15

Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55

“Araz-Naxçıvan” “Kəpəz”ə şans vermədi

16.05.26 | 09:18