“Zirə” rəhbərliyi bir müddətdir baxışda olan mərakeşli hücumçu Nassim Azauzi ilə müqavilə imzalamamaq qərarına gəlib.
Mərakeşin U-20 millisinin sabiq üzvü qəsəbə təmsilçisinin təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərə bilməyib. 20 yaşlı forvardın hazırlıq matçlarındakı çıxışı baş məşqçi Rəşad Sadıqov və məşqçilər korpusunu qane etmədiyi üçün onunla yolları ayırmaq qərara alınıb.
Qeyd edək ki, Belçikanın nəhəng klublarından olan “Anderlext”in yetirməsi sayılan Azauzi, geridə qalan mövsümdə bu ölkənin digər təmsilçisi – “Mexelen”in gənclər komandasında çıxış edib.