Ölkəmizin kamandan oxatma üzrə gənclərdən ibarət milli komandası İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatında qüvvəsini sınayacaq.
Federasiyadan verilən məlumata görə, qitə birinciliyində ölkəmizin şərəfini 4 təmsilçimiz – Fatimə Hüseynli, Zəhra Carçılı, Nurlan Rəhimli və Sərdar Vəliyev qoruyacaq.
Yığma üzvləri fərdi və qarışıq komanda yarışlarında 60 və 70 metr məsafələrdə yerləşən hədəfləri nişan alacaqlar.
Milli komandamız mötəbər turnirə hazırlığın son mərhələsini hazırda Şəki Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı ilə davam etdirir.
Qeyd edək ki, Avropa çempionatı iyulun 20-dən 26-dək baş tutacaq.