Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Sumqayıtda baş tutacaq “Zirə” – “Payde” (Estoniya) qarşılaşmasından öncə hər iki komandanın mətbuat konfransı və son məşq proqramı məlum olub.
“Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov iyulun 29-da saat 15:00-da “Wyndham Garden Baku” otelində media nümayəndələrinin suallarını cavablandıracaq. Komandanın matçdan öncəki yekun hazırlıq prosesi isə həmin gün saat 18:30-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək.
Qonaq komandanın çalışdırıcısı Tarmo Kinkin mətbuat konfransı isə birbaşa oyunun oynanılacağı “SOCAR Polymer Arena”da təşkil olunacaq. Tədbir saat 18:30-da, “Payde”nin son məşqi isə konfransdan yarım saat sonra (19:00) başlayacaq.
Xatırladaq ki, iyulun 30-da “SOCAR Polymer Arena”da keçiriləcək “Zirə” – “Payde” qarşılaşmasına saat 20:00-da start veriləcək. Tərəflər arasında baş tutan ilk görüşdə estoniyalılar minimal hesabla qalib gəliblər – 0:1.