«Zirə» mövsümə darmadağınla başladı!

08.07.26 | 23:39

Bu gün UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Azərbaycanın «Zirə» klubu Gürcüstanın «Torpedo» (Kutaisi) kollektivini qəbul edib.

«Qartallar»ın avromövsümə hazırlıq üçün kifayət qədər vaxtının olmaması, yeni transferlərin komandaya cəmi iki həftə öncə qoşulması və matçın doğma Zirə qəsəbəsində deyil, Sumqayıtdakı «SOKAR Polymer Arena»da keçirilməsi oyunöncəsi müəyyən narahatlıqlar yaratmışdı. Üstəlik, Gürcüstanda çempionatın qızğın çağı olduğu üçün rəqib daha hazır və təşkilatlanmış görünürdü. Lakin Rəşad Sadıqovun yetirmələri bütün mənfi ehtimalları alt-üst edərək möhtəşəm oyunla darmadağına imza atdılar.

«Zirə» (Azərbaycan) – «Torpedo» (Kutaisi, Gürcüstan) 3:0

Qollar: Ruan Renato, 32 (1:0); Davit Volkov, 47 (2:0); Ruan Renato, 64-pen. (3:0)

Baş hakim: Yoni Hyuutiya (Finlandiya)

«Zirə»: Aydın Bayramov, Ruan Renato, Anje Mutsinzi, Amin Seydiyev, Qismət Alıyev (k), Brahim Konate, Vyerinya (İsmayıl İbrahimli, 72), Giorgi Papunaşvili (Ayxan Hüseynov, 59), Eren Aydın (Hacıağa Hacılı, 88), Junior Martins (İssa Djibrilla, 72), Davit Volkov (Yeqor Boqomolski, 71).

«Torpedo»: Ото Qoşadze, Sori Mane (Dino Skorup, 38), Matey Şimiç, Mohamed Şerif, Luka Kuprava, Vladimir Mamuçaşvili (k), Dato Bukia, Felipe Pires, Giorgi Arabidze, Virjil Pinson, Komnen Andriç.

Xəbərdarlıqlar: L. Kuprava, D. Bukia, G. Papunaşvili, O. Qoşadze, Q. Alıyev, M. Şerif.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16