Ziqmund Freyd Samir Abasov haqqında nə deyir?

12.11.25 | 11:37
Ölkə futbolu

“Qarabağ” – “Neftçi” oyunundan sonra iki mənzərəyə görə dərin təəccüb hissi keçirdim. Birincisi, Ağdam klubu ilə ölkənin digər komandaları arasında bu dərəcədə dərin uçurumun olmasına. O biri komandalar qalsın bir yana, normal büdcəsi olan, mövsüm öncəsi bir vaqon oyunçu gətirən, təlim-məşq toplanışını Polşada keçirən “Neftçi” “Qarabağ”ın ikinci heyətinə aşkar uduzur. Komanda 7-ci sıradadır, yəni turnir cədvəlinin aşağılarında və yalnız aşkar zəif olan komandalardan irəlidə.

Ən böyük təəccüb doğuran hal da ondan ibarətdir ki, bu uğursuz çıxışa görə məsuliyyət daşıyan baş məşqçi Samir Abasov hamıdan bərk qışqırır, hamını günahkar çıxarır. Tanınmış alim Ziqmund Freyd bunu müdafiə mexanizmi adlandırır və izah edir ki, insan özündə qəbul edə bilmədiyi hissləri, düşüncələri və ya davranışları başqasına “yükləyir”. Bununla da o, öz vicdan məsuliyyətini və günah hissini azaltmağa cəhd göstərir. Freydin bu tərifi Samir Abasovun “Qarabağ”la oyundan sonrakı isterikasını bütün çılpaqlığı ilə təsvir edir. Baş məşqçi verilən penaltiyə görə hakimi günahlandırır. Halbuki, o epizod bariz penalti idi. Ancaq Abasov düşünür ki, onun qapısına belə penalti vermək olmaz. Sitat: “Razılaşmaya bilərsiz, belə dəqiqələrdə ucuz penaltilər verilməz”. Abasovun cərimənin qiymətini hansı tariflərlə ölçdüyünü bilmirəm, amma o, bilməmiş deyil ki, qaydalar birdir və orada qiymət fərqi yazılmayıb. Əgər hesab edirsə ki, penalti verilməsi üçün onun futbolçusu rəqibi mütləq şikəst etməli idi, o zaman reqbi ilə qarışdırır. Ola bilsin, Abasov özünün, ya da komandasının seçilmişlərdən olduğunu düşünür. Freyd bu davranışı da müdafiə mexanizmi ilə izah edir. Müdafiə üçün bir əsas yoxdur. “Qarabağ”ın ikinci heyəti qarşısında “Neftçi” aciz görünürdü. Abasov komandanı nə taktiki, nə də psixoloji hazırlaya bilmişdi və ilk 11-lik də doğru deyildi.

Təəssüflər olsun ki, Abasovun aşırı emosional davranışlarına idman mediası kifayət qədər tolerant yanaşır. Bu da mediamızda olan “çəkincəklik sindromu” ilə bağlıdır. Xarici məşqçini asanca linç edən media çılğın, aqressiv və nüfuzlu yerli məşqçilərdən çəkinir. Bu da medianın özünümüdafiə instinkti ilə bağlıdır. Hücumdan, üçüncü şəxslərdən gələcək zənglərdən və başqa-başqa mətləblərdən çəkinirlər. Abasovun isə etimad krediti başa çatmaq üzrədir və qarşıdakı bir neçə tur onun üçün həlledici olacaq. Diqqətini kənar amillərdən çox komandası ilə işə yönəltsə bəxt də üzünə gülər. Abasov ümumiyyətlə futbolda bəxtli adamdır. Ortabab futbolçu ola-ola milli komandaya qədər yüksəlmişdi və ortabab məşqçi ola-ola Azərbaycan çempionu olmuşdu. İndi daha təcrübəlidir və gənclik emosiyalarını kənara qoyub daha sakit, daha soyuqqanlı olsa nəticə də əldə etmiş olar və qazandığı uğurların bəxtlə bağlı olmadığını sübut edər.

Paylaş:

Xəbər Lenti

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59