“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Sloveniya toplanışındakı ilk sınaq matçında Rumıniya “ÇFR Kluj”una uduzduqları (1:2) oyunu şərh edib. Klubun rəsmi saytına istinadən mütəxəssisin fikirlərini təqdim edirik: “Bu, toplanışdakı ilk yoxlama oyunumuz idi. Futbolçuların böyük qisminə şans verməyə çalışdıq ki, hər kəsin mövcud durumunu meydanda görək. Komanda hər iki hissədə fərqli performans sərgilədi. Breno Almeydanın belində yüngül problem olduğu üçün onu riskə atmadıq. Alessio Kurçi isə matç zamanı çiynindən zədələndi, hazırda onun vəziyyəti yoxlanılır. Görüşdə gənclərə də meydan sulamaq imkanı yaratdıq. Rəqib keyfiyyətli və güclü komanda olsa da, ümumilikdə gedişatdan razı qaldım. Buraxılan səhvlər üzərində işləyib oyunumuzu addım-addım təkmilləşdirəcəyik. Növbəti qarşılaşmalarda meydanda daha fərqli, sürətli və hərəkətli bir “Neftçi” olacaq”.