Yuri Vernıdub: “Bütün məsuliyyət mənim üzərimdədir, amma bir məğlubiyyətə görə təslim olası deyiləm”

22.07.26 | 23:10
Ölkə futbolu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında Bakıda Belarusun “Dinamo” (Minsk) klubuna 2:4 hesabı ilə məğlub olan “Neftçi”nin baş məşqçisi Yuri Vernıdub oyundan sonra keçirilən mətbuat konfransında mətbuat mənsublarının suallarını cavablandırıb.

Təcrübəli mütəxəssis qarşılaşmadakı gözlənilməz geriləmənin səbəblərini açıqlayıb, qapıçı Emil Balayevin zədələnməsinə toxunub və istefa barədə səslənən iddialara kəskin cavab verib.

Mətbuat konfransına jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edərək başlayan ukraynalı baş məşqçi, oyunun ilk dəqiqələrindəki üstünlüyün necə əldən çıxdığını belə şərh edib: “Tam üstünlük qazanıb ilk 15-20 dəqiqədə iki qol vuranda oyunun xarakteri dəyişir. Ötürmələrdə səhvlərə yol verdik, rəqibə hücum etmək imkanı yaratdıq. Qırılma nöqtəsi təxminən 20-ci dəqiqədə Emil Balayevin çətin seyvindən sonra zədələnməsi oldu. O, oyunu davam etdirməyə çalışsa da, əvəzlənmək məcburiyyətində qaldı. Böyük ehtimalla, ilk qolu buraxmağımızda bu zədənin rolu oldu”.

Fasiləyə 2:1 hesabı ilə öndə yollandıqlarını xatırladan Vernıdub, ikinci hissədə buraxılan qolların sırf fərdi səhvlərdən qaynaqlandığını vurğulayıb: “İkinci hissədə buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi. Buna baxmayaraq, daha sonra Emil Səfərov və Rüfət Abbasovla azı 2-3 real qol epizodu yaratdıq. Oturub matçı təhlil edəcəyik. Ayrı-ayrı futbolçuları günahlandırmaq istəmirəm, baş məşqçi kimi bütün məsuliyyət mənim üzərimdədir”.

Avrokuboklarla erkən vidalaşacağı təqdirdə komandadan ayrılıb-ayrılmayacağı ilə bağlı suala Vernıdub özünəəmin cavab verib: “Sizcə, iki uduzulmuş oyundan sonra geriyə dönüb getməliyəm? Mən başqa cür düşünürəm. ‘Neftçi’ böyük tarixi olan klubdur. Bu idmandır, ilk məğlubiyyətdən sonra ‘istefa verəcəksiniz?’ sualının verildiyini hələ eşitməmişəm. ‘Dinamo’ da ilk matçda ‘Sileks’ə uduzub, sonra mərhələni keçdi. Məşqçiyə işləmək üçün şərait yaratmaq lazımdır. Biz cavab oyununa hazırlaşacağıq və orada revanş almaq gücündüyük”.

Mütəxəssis Klisman və Emin Mahmudovlu yarımmüdafiə xəttinin 20-ci dəqiqədən sonra istənilən presinqi edə bilməməsi ilə bağlı sualı soyuqqanlılıqla qarşılayıb: “Razıyam ki, 20-ci dəqiqədən sonra istədiyimiz presinqi tətbiq edə bilmədik. Amma indi emosiyalarla danışmaq doğru olmaz. Yatıb dincəlməli, ayıq başla matçı izləyib səhvlərimizi analiz etməliyik”.

Təcrübəli mütəxəssis azarkeşləri təmkinli olmağa çağırıb: Bu futboldur, belə hallar olur. Mənə həmişə qazanan bir komanda göstərin. Sizin işinizdə də səhvlər olur, amma heç kim sizi dərhal işdən qovmur. Əsas odur ki, səhvlərdən düzgün nəticə çıxarıb irəli gedək”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46