Yuri Vernıdub: “Bu məğlubiyyət mövsümün sonunadək yadımdan çıxmayacaq”

24.08.26 | 00:35
Ölkə futbolu

Premyer Liqanın II turunda “Araz-Naxçıvan”ı 5:0 hesabı ilə darmadağın edən “Neftçi”nin baş məşqçisi Yuri Vernıdub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis komandasının oyununu, qazanılan qələbəni və qarşıdakı hədəflərdən danışıb.

Mövsümə erkən hazırlıq keçmələrinə toxunan ukraynalı mütəxəssis komandanın artan formasını belə şərh edib: “Hazırlığa digərlərindən tez başlamağımızın bu nəticəyə nə dərəcədə təsir etdiyini demək çətindir. Lakin ‘Sumqayıt’la matçda da yaxşı futbol sərgiləmişdik. Bu gün sadəcə ‘Araz-Naxçıvan’ın yox, ‘Neftçi’nin günü idi. Rəqib pis komanda deyil, onlar da fəal oynadılar, sadəcə matçın axarı belə gətirdi. İlk hissədə tətbiq etdiyimiz uğurlu pressinq nəticəni bəlirlədi”.

İkinci hissədə komandasının kəsərinin azalması və qaçırılan imkanlardan söz açan baş məşqçi qapıçının oyununu xüsusi vurğulayıb: “İlk yarıda vurulan 4 qoldan sonra ikinci hissədə eyni tempdə davam etmək psixoloji olaraq çətindir. Çoxlu epizodumuz olsa da, reallaşdıra bilmədik. Qapıçımız Emil Balayev bizi üç real qoldan xilas etdi, buna görə onu ayrıca təbrik etmək istəyirəm”.

Uğurlu starta baxmayaraq arxayınlaşmamağın vacibliyini qeyd edən Vernıdub avrokuboklardakı digər təmsilçilərimizə də dəstək olacağını bildirib: “Dinamo-Minsk” ilə matçdan sonra çox narahat idim. Lakin futbolçular öz üzərlərində ciddi işlədiklərini sübut etdilər. Hər biri adının böyük hərflərlə yazılmağa layiq olduğunu göstərdi. Qarşıda bizi ‘Zirə’ ilə çətin və maraqlı oyun gözləyir. İki qələbədən sonra havada uçmaq olmaz, növbəti matçlara ciddi hazırlaşmalıyıq. Çempionat gərgindir və komandaların səviyyəsi kifayət qədər bərabərdir.

‘Qarabağ’ və ‘Sabah’a gəlincə, avrokuboklarda onlara ürəkdən azarkeşlik edəcəyəm. Azərbaycan klubları olaraq bir-birimizə dəstək olmalıyıq. Qazanılan hər bir reytinq xalı bütün ölkə futbolunun uğurudur”.

Künc zərbələrinin effekti və Avropa Liqasındakı uğursuzluqla bağlı sualları cavablandıran mütəxəssis məsuliyyəti tam olaraq üzərinə götürüb: “Ümumilikdə çempionata baxsaq, qolların çoxu məhz standart vəziyyətlərdən vurulur. Hər matçdan öncə rəqibi analiz edərkən bu epizodlara xüsusi vaxt ayırırıq.‘Dinamo’ya məğlubiyyətə gəlincə, bu uğursuzluq mövsümün sonunadək yadımdan çıxmayacaq. Bütün məsuliyyət mənim üzərimdədir. Məhz buna görə azarkeşlərimizdən bir daha üzr istəyirəm. Çalışacağam ki, bundan sonra sizi məyus etməyim”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46