Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34
Ölkə futbolu

Bu gün onun doğum günüdür. Post-Sovet dövründə Azərbaycan futbolunun yetişdirdiyi ən yaxşılardan biri – Rəşad Sadıqov. “Müstəqillik dönəminin ən yaxşı futbolçusu” nominasiyası keçirilərsə Sadıqov şübhəsiz birincilərdən, bəlkə də birinci olar. Onun timsalında Azərbaycan futbolu yeni bir eranın başlanğıcı siqnalını vermişdi. Söhbət heç də oyundan getmirdi. Sadıqovun dönəmində indikindən fərqli olaraq ölkədə istedadlı futbolçular çox idi. Amma onu digərlərindən fərqləndirən ən vacib amil xarakteri idi.  Bir dostumuz danışır ki, vaxtilə “Neftçi”də təlim-məşq toplanışı zamanı ötənlərin məşhur futbolçularından biri, SSRİ çempionatında oynamış və hələ də futbol oynamaqda davam edən yerli ulduzlardan biri istirahət saatında dəhlizdə hay-küy, qaqqanaq salaraq intizamı pozurmuş. Bu zaman gənc Rəşad Sadıqov otağından çıxaraq sərt etiraz edir, o məşhuru susdurur və intizama əməl etməyə məcbur edir. Sadıqovu digərlərindən fərqləndirən də bu idi. Hələ Sovetlər dönəmində Azərbaycanda kifayət qədər istedadlı və güclü futbolçular var idi. Lakin o futbolçuların problemi elə xarakterlərinin olmaması idi. Əksəriyyəti qeyri-ciddi, işinə lağlağı yanaşan, məşqləri yola verən, dünyagörüşü məhdud olduğu üçün də ciddi heç nə əldə edə bilmədilər. Nə futbolçu kimi, nə məşqçi kimi. Məhz bu səbəbdən də Rəşad Sadıqov kimi xarizmatik, hələ gənclik illərindən formalaşmış prinsipləri olan, qətiyyətli və mövqeyindən dönməyən bir ulduzun parlamasını futbolumuzda yeni dönəm adlandırmaq olardı. İstər “Neftçi”də, istərsə də millidə Rəşadın hər zaman mövqeyi və qaydaları olub. Futbolçu kimi Sadıqov Türkiyədə obyektiv səbəblərdən karyerasını istədiyi kimi davam etdirə bilməyib. Lakin ölkənin ən yaxşılarından biri kimi qala bilib və adını Azərbaycan futbolunun tarixinə yazdırıb.

Hələ futbolçu olduğu dövrdə heç kimdə şübhə yox idi ki, Sadıqov məşqçi kimi də özünü göstərəcək. Qeyd olunan xarakteri, oyun fəlsəfəsi ona bu sənətdə də uğur qazanacağına imkan verirdi. 2018-ci ildə gənclər yığmasında bu proqnozların siqnalını vermişdi. Əlbəttə, qısa zamanda U-21 millisi ilə xariqələr yaratmaq mümkün deyildi. Lakin Sadıqov macal tapıb gənclər komandasına öz dəsti-xəttini aşılaya bilmişdi. Adətə bizim yeniyetmə və gənclər komandası bazarı xatırladır. Dərədən-təpədən kim nə mer-meyvə tapdı vurur bazara ki, axşama birtəhər 3-5 manat qazansın. Amma Sadıqovun məşqçiliyi altında gənclər millisinin bəlli bir oyun fəlsəfəsi, taktiki cizgiləri yaranmışdı, komanda daha böyük hesablı məğlubiyyətləri sıralamır, meydanda nə etdiyini və nə üçün çıxdığını yaxşı bilirdi. 

“Zirə”nin sükanı arxasına keçdikdən sonra da Sadıqov yüksək yerlər uğrunda mübarizə aparan döyüşkən komanda yarada bilib. 2020-ci ildən bu yana “Zirə” ölkə çempionatında iki dəfə gümüş, bir dəfə bürünc medal almaqla yanaşı, 3 dəfə ölkə kubokunun finalına çıxıb. Bu “Zirə”nin son 6 ildə nail olduğu stabillikdən xəbər verir. Avropa kuboklarında mərhələ keçməyi də bacaran “Zirə” hələlik “Qarabağ” və “Neftçi”nin nailiyyətlərini təkrarlaya bilməyib. Lakin heç bu adlı-sanlı komandalar da 3-5 ilin içində Avropada nailiyyət qazanmayıb. Ötən mövsüm “Zirə”nin UEFA Konfrans Liqasında “Xayduk”la oyunu kifayət qədər yaxşı təsir bağışlamışdı. Ondan əvvəl isə Rəşad Sadıqov Konfrans Liqasında DAK-1904 (Slovakiya) və “Osiek” (Xorvatiya) kimi klubları keçərək pley-off-a qədər yüksəlmişdi. Bütün bu nailiyyətlər “Qarabağ”ın uğurları fonunda kölgədə qalsa da, Sadıqov kərpic-kərpic stabil və döyüşkən komanda qurmaqdadır. İnanırıq ki, “Zirə” bu mövsüm Konfrans Liqasına gedən qatara ekstra qapıdan girsə də, Sadıqovun təcrübəsi sayəsində azarkeşləri sevindirməyi bacaracaq.   

Paylaş:

Xəbər Lenti

Fransa Seneqal səddini aşmaqda çətinlik çəkir – YRNİLƏNİR

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01

Sabri Lamuşi mundial tarixinə düşdü: Cəmi bir oyundan sonra..

16.06.26 | 11:48

“Bavariya”nın əfsanəsi Mehmet Şollun evinə basqın olub

16.06.26 | 11:39

“Sabah” Patrik Mbinanın transfer hüquqlarına sahib oldu

16.06.26 | 11:50

Qismət Alıyev gələcək karyerası ilə bağlı yekun qərarını verdi

16.06.26 | 11:53

Konfrans Liqası: “Zirə”nin ilk rəqibi bu gün bəlli olacaq

16.06.26 | 11:58

Çempionlar Liqası: “Sabah”ın turnirdəki ilk rəqibi bəlli olur

16.06.26 | 10:52

Bu gün “Qarabağ”ın Avropa Liqasındakı rəqi bəlli olacaq

16.06.26 | 10:16

“Turan Tovuz”un avrokubok qapısı rəsmən bağlandı

16.06.26 | 10:32