Yevgeni Kukseviç: “Məğlub olsaq da, göstərdiyimiz oyun qələbəyə bərabərdir”

15.04.26 | 20:41
Ölkə futbolu

Azərbaycanın futzal millisi Qazaxıstanın Aktau şəhərində meydan sahiblərinə qarşı keçirdiyi ikinci yoldaşlıq görüşündən məğlubiyyətlə ayrılıb (2:4). İlk matçdakı ağır nəticədən (2:9) sonra komandanın nümayiş etdirdiyi oyunu baş məşqçi Yevgeni Kukseviç şərh edib.

Mütəxəssis bildirib ki, komanda ilk oyundan sonra həm fiziki, həm də psixoloji cəhətdən toparlanmağı bacarıb: “İlk qarşılaşmadan sonra yaxşı dincəldik və bərpa olunduq. Bu dəfə rəqibin nüfuzunu, azarkeş təzyiqini və adaptasiya problemlərini kənara qoyaraq oyuna tam hazır çıxdıq. Məhz buna görə deyə bilərəm ki, bu gün daha keyfiyyətli oyun nümayiş etdirdik”.

Kukseviçin fikrincə, komandanın inkişafı üçün güclü rəqiblərlə qarşılaşmaq zəif rəqiblər üzərində qazanılan asan qələbələrdən daha əhəmiyyətlidir. O, səhvlər üzərində işləməyin vacibliyini vurğulayıb: “Güclü rəqiblərlə oyunlar bizə çatışmazlıqlarımızı görməyə imkan verir. Zəif rəqibə qalib gəlib sevinmək yerinə, səhvlərimiz üzərində işləyib təkmilləşməliyik. Oyun çətin keçsə də, uşaqlar meydanda nələrə qadir olduqlarını göstərdilər”.

Görüşün nəticəsini qiymətləndirən baş məşqçi, bəzi anlarda soyuqqanlılığın çatmadığını qeyd edib: “Bəzi epizodlarda maksimum dəqiqliklə oynamağa çalışsaq da, düşündüklərimizi sona çatdıra bilmirdik. Bir qədər soyuqqanlılıq çatmadı. Lakin bu səviyyəli matçlarda məğlub olsaq belə, nümayiş etdirdiyimiz uğurlu taktiki gedişlər bizim üçün gələcək qələbələrin təməlidir”.

Paylaş:

Xəbər Lenti

Cüdoçularımız Düşənbəyə yollanır

16.04.26 | 18:04

Manafov CAR-a qayıdır: Müdafiəçinin “Qəbələ” macərası başa çatır

16.04.26 | 17:51

Şümşad Bəhramov: “Cüdo tarixi belə ədalətsizlik görməyib”

16.04.26 | 17:39

Cüdoçularımız qitə çempionatında medal mübarizəsini davam etdirir

16.04.26 | 14:47

Turun hakim təyinatları bəlli oldu

16.04.26 | 14:34

Portuqaliyada qələbə

16.04.26 | 14:29

Rui Jorjenin korpusu formalaşır: U-21-də yeni təyinat

16.04.26 | 14:34

“Sabah” – “Qarabağ” matçına biletlərin üçdə biri artıq satılıb

16.04.26 | 14:09

Avropa çempionatı: Ağayev yarımfinalda, Həmidovadan böyük sensasiya

16.04.26 | 13:46

Konfrans Liqası: Fransada ümid, digər meydanlarda möcüzə axtarışı

16.04.26 | 13:07

Avropa Liqasında status-kvo qorunacaq, yoxsa sürpriz baş verəcək?

16.04.26 | 13:35

Messiyə şok ittiham: Məhkəmə qarşısında!”

16.04.26 | 09:20

Marko van Basten şokdadır: “Həyat yoldaşımın daxilinə şeytan girdiyini deyir!”

16.04.26 | 07:57

Avropa çempionatı: Nicat Abasov və Aydın Süleymanlı liderlər qrupunda

16.04.26 | 07:53

Arda Gülərin tarixi rekordları “Real”a yetmədi

16.04.26 | 07:38

“Arsenal” adını növbəti mərhələyə yazdırdı

16.04.26 | 07:10

Yevgeni Kukseviç: “Məğlub olsaq da, göstərdiyimiz oyun qələbəyə bərabərdir”

15.04.26 | 20:41

Yüksək liqada finalın vaxtı açıqlandı

15.04.26 | 17:58

“Qəbələ” İbrahim Sanqare ilə yollar ayrılır

15.04.26 | 13:15

Zamik Əliyev Danimarka klubunun hədəfindədir

15.04.26 | 13:51