Cüdoçularımız Düşənbəyə yollanır

16.04.26 | 18:04
Digər növlər

Azərbaycan Cüdo Federasiyası mayın 1-3 aralığında Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək nüfuzlu “Böyük Dəbilqə” turniri üçün milli komandanın heyətini açıqlayıb. Dünya reytinq xalları uğrunda mübarizə aparacaq “millinin” heyətində həm gənc istedadlar, həm də təcrübəli ağırçəkili idmançılar yer alıb.

Turnirdə ölkəmizi 4 çəki dərəcəsində 6 cüdoçu təmsil edəcək: Murad Muradlı (60 kq), Nizami İmranov (66 kq), İslam Rəhimov (66 kq), Rəşid Məmmədəliyev (73 kq), Uşanqi Kokauri (+100 kq), Camal Qamzatxanov (+100).

Bu heyətdə xüsusilə 66 kq və ağır çəki (+100 kq) dərəcələrində daxili rəqabətin kəskinliyi diqqət çəkir. Federasiya hər iki çəkidə iki idmançıya şans verməklə Olimpiada öncəsi reytinq xallarını maksimuma çatdırmağı hədəfləyir.

Düşənbə turniri cüdoçularımız üçün həm fiziki hazırlıq səviyyəsini yoxlamaq, həm də beynəlxalq arenada mövqelərini möhkəmləndirmək baxımından mühüm sınaq hesab olunur.

Xatırladaq ki, ‘Böyük Dəbilqə’ seriyası dünyanın ən nüfuzlu yarışlarından biri hesab olunur və burada qazanılan hər bir qələbə idmançıların dünya reytinqində irəliləməsinə birbaşa təsir göstərir.

Paylaş:

Xəbər Lenti

Cüdoçularımız Düşənbəyə yollanır

16.04.26 | 18:04

Manafov CAR-a qayıdır: Müdafiəçinin “Qəbələ” macərası başa çatır

16.04.26 | 17:51

Şümşad Bəhramov: “Cüdo tarixi belə ədalətsizlik görməyib”

16.04.26 | 17:39

Cüdoçularımız qitə çempionatında medal mübarizəsini davam etdirir

16.04.26 | 14:47

Turun hakim təyinatları bəlli oldu

16.04.26 | 14:34

Portuqaliyada qələbə

16.04.26 | 14:29

Rui Jorjenin korpusu formalaşır: U-21-də yeni təyinat

16.04.26 | 14:34

“Sabah” – “Qarabağ” matçına biletlərin üçdə biri artıq satılıb

16.04.26 | 14:09

Avropa çempionatı: Ağayev yarımfinalda, Həmidovadan böyük sensasiya

16.04.26 | 13:46

Konfrans Liqası: Fransada ümid, digər meydanlarda möcüzə axtarışı

16.04.26 | 13:07

Avropa Liqasında status-kvo qorunacaq, yoxsa sürpriz baş verəcək?

16.04.26 | 13:35

Messiyə şok ittiham: Məhkəmə qarşısında!”

16.04.26 | 09:20

Marko van Basten şokdadır: “Həyat yoldaşımın daxilinə şeytan girdiyini deyir!”

16.04.26 | 07:57

Avropa çempionatı: Nicat Abasov və Aydın Süleymanlı liderlər qrupunda

16.04.26 | 07:53

Arda Gülərin tarixi rekordları “Real”a yetmədi

16.04.26 | 07:38

“Arsenal” adını növbəti mərhələyə yazdırdı

16.04.26 | 07:10

Yevgeni Kukseviç: “Məğlub olsaq da, göstərdiyimiz oyun qələbəyə bərabərdir”

15.04.26 | 20:41

Yüksək liqada finalın vaxtı açıqlandı

15.04.26 | 17:58

“Qəbələ” İbrahim Sanqare ilə yollar ayrılır

15.04.26 | 13:15

Zamik Əliyev Danimarka klubunun hədəfindədir

15.04.26 | 13:51