Yankauskasdan millimizlə oyun öncəsi mesaj: “Bizi həqiqətən çətin döyüşlər gözləyir”

17.09.26 | 17:54
Ölkə futbolu

Litva millisi UEFA Millətlər Liqasının yeni oyunları ərəfəsində hazırlıqlara başlayır. Baş məşqçi Edqaras Yankauskas qarşıdakı görüşlərdə komandasını asan oyunların gözləmədiyini bildirib və əsas hədəfin hər matçda qələbə uğrunda mübarizə aparmaq olduğunu vurğulayıb.

UEFA Millətlər Liqasının D divizionunda çıxış edən Litva yığması sentyabrın 23-də səfərdə Lixtenşteynlə qarşılaşacaq, dörd gün sonra isə Azərbaycan millisini qəbul edəcək. Komanda sentyabrın 30-da Andorra ilə yoldaşlıq görüşü keçirəcək, oktyabrın 4-də isə Bakıda millimizlə ilə üz-üzə gələcək.

Paytaxt mağazalarından birində, maraqlı və qeyri-adi atmosferdə baş tutan mətbuat konfransında baş məşqçi media nümayəndələrinin suallarını cavablandırıb. Baş məşqçi 26 futbolçudan ibarət heyəti seçərkən hazırda ən yaxşı formada olan futbolççulara üstünlük verdiyini deyib: “Həmişə olduğu kimi, meydana çıxarkən yalnız qələbə üçün oynayacağıq. Hazırda ən yaxşı formada olan və ən güclü futbolçuları dəvət etmişik”.

Ötən toplanışla müqayisədə Litva millisinin heyətində 10 dəyişiklik edilib. Komandaya ilk dəfə 20 yaşlı Adrianas Likunas da dəvət olunub.

İtaliyanın B Seriyasında çıxış edən futbolçu barədə danışan Yankauskas onun fiziki və taktiki keyfiyyətlərini xüsusi qeyd edib: “O, gənc və çox maraqlı futbolçudur. İtaliyanın yüksək səviyyəli çempionatında debüt edib, atletik göstəricilərini və taktiki hazırlığını nümayiş etdirib. Düşünürəm ki, 20 yaşlı futbolçuların əsas komandaya inteqrasiyasının vaxtıdır”.

Baş məşqçi Arturas Dolçnikovun da milliyə qayıtmasını müsbət qiymətləndirib. Futbolçu yeni Çexiya klubunda son iki oyunda meydana çıxmasa da, Yankauskas onun məşqlərdə yaxşı təsir bağışladığını və formasını qoruduğunu bildirib.

Litva millisinin qarşıdakı qısa müddətdə dörd oyun keçirməsi məşqçilər korpusunun qarşısında ciddi rotasiya məsələsi qoyur. Yankauskasın sözlərinə görə, 23 meydan oyunçusu və 3 qapıçıdan ibarət heyət bu baxımdan seçim imkanlarını artırır.

“Bu, asan olmayacaq. Artıq iki oyunu ardıcıl keçirməyə öyrəşmişik, amma indi üç-dörd oyunu qısa müddətdə keçirməliyik. Bu, daha çətindir. Futbolçuları yormamaq üçün rotasiya etməli, hər şeyi əvvəlcədən planlaşdırmalıyıq”, – deyə o bildirib.

Yankauskas rəqiblərin səviyyəsindən asılı olmayaraq komandasının yanaşmasının dəyişməyəcəyini vurğulayıb: “Məqsədimiz həmişə eynidir – qələbə, yaxşı oyun, inkişaf, fədakarlıq və ehtiras. Rəqib dünya çempionatı səviyyəsində komanda da ola bilər, bizimlə eyni səviyyədə olan kollektiv də. Asan oyun olmayacaq. Heç kim bizə asan qələbə qazanmağa imkan verməyəcək. Bizi həqiqətən çətin döyüşlər gözləyir”.

Litva millisinin baş məşqçisi Azərbaycan yığmasının reytinqdə komandasından bir qədər öndə olmasına da münasibət bildirib. Onun fikrincə, bu amil meydandakı nəticəyə ciddi təsir göstərməyə bilər.

“Düşünürəm ki, reytinqdəki fərqin böyük əhəmiyyəti yoxdur. Psixoloji, fiziki və taktiki baxımdan daha yaxşı hazırlaşan komanda qalib gələcək”, – Yankauskas deyib.

O, qarşıdakı oyunlarda xal hesabını əvvəlcədən düşünməkdənsə, hər görüşə ayrıca köklənməyin vacibliyini qeyd edib: “Mən xal saymaq istəmirəm. Hər oyun bizim üçün ən vacib qarşılaşma olacaq və hər birində qələbə uğrunda mübarizə aparacağıq”.

Yankauskas Azərbaycan futbolu və xüsusilə Valdas Dambrauskasın çalışdırdığı “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsinə də toxunub.

Litvalı mütəxəssis həmkarının uğurunu yüksək qiymətləndirib və bunu ölkəsinin digər məşqçiləri üçün də mühüm nümunə hesab etdiyini bildirib: “Valdasın nailiyyəti fenomenaldır. Mən bunu elit çempionatda elit komandaya düşən futbolçunun uğuru ilə müqayisə edərdim. Bu, hər şeyin mümkün olduğunu göstərir. Bu, nağıl deyil, faktdır. Valdas bunu bacardı və bir daha böyük mütəxəssis olduğunu sübut etdi”.

Yankauskas Azərbaycan çempionatını yaxşı tanıdığını da deyib. Onun sözlərinə görə, Dambrauskasla şəxsi söhbət zamanı Azərbaycan futbolu və qarşıdakı rəqiblə bağlı bəzi faydalı məlumatlar əldə etmək mümkündür: “Valdasın komandamıza böyük dəstəyi var. Yəqin ki, bizim üçün faydalı ola biləcək bəzi detalları gizlətməyəcək”.

Litva millisinin heyətində yerli çempionatda çıxış edən futbolçuların sayının cəmi 10 nəfər olması Yankauskasın diqqət çəkdiyi digər məsələlərdən biri olub.

Baş məşqçi yerli futbolçuların inkişafı və xarici çempionatlara transfer imkanlarının artırılması üçün Litva çempionatındakı legioner qaydalarının dəyişdirilməsinin müzakirə edilməsini təklif edib.

“Əlbəttə, istərdim ki, bu tərəzi xarici çempionatların xeyrinə dəyişsin. Mən həmin 10 futbolçunun da digər sütunda olmasını arzulayıram. Bilirəm ki, onlar buna qadirdirlər”, – deyə Yankauskas bildirib.

O, yerli çempionatdakı legioner limitinin sərtləşdirilməsinin mümkün variantlardan biri olduğunu söyləyib. Mütəxəssis hesab edir ki, belə bir addım yerli futbolçuların daha çox oynamaq şansı əldə etməsinə və xarici klubların diqqətini cəlb etməsinə şərait yarada bilər.

Yankauskas bu məsələdə daha geniş müzakirəyə ehtiyac olduğunu vurğulayıb: “Bəlkə də nəyisə dəyişmək, yerli futbolçulara daha çox imkan yaratmaq barədə düşünmək lazımdır. Bunun müsbət və mənfi tərəflərini təhlil etməliyik. İlk mərhələdə müəyyən çətinliklər yarana bilər. Amma yerli futbolçuların meydana çıxması üçün daha çox imkan olmalıdır. Bu, onlar üçün birbaşa motivasiyadır”.

Baş məşqçi bəzi gənc futbolçuların əsas heyətdə yer tapa bilmədiyi üçün motivasiyasını itirdiyini də bildirib: “Biz bir çox oyunçunu yalnız ümidlərini itirdikləri üçün gözdən itiririk. Mövqelərin artıq tutulduğunu görürlər və klub üçün əcnəbi futbolçu gətirmək daha asan olur. Nəticədə gənclərin motivasiyası azalır, onlar radardan itirlər. Sonra isə sual veririk ki, niyə daha çox litvalı futbolçu güclü xarici çempionatlarda oynamır?”

Yankauskas bu məsələdə Azərbaycan futbolunun seçdiyi fərqli modelə də diqqət çəkib. O, Azərbaycanda yerli futbolçularla bağlı qaydaların dəyişdirildiyini, bunun fonunda klubların Çempionlar Liqasının əsas mərhələsinə yüksəldiyini xatırladıb. Lakin litvalı mütəxəssis bunun milli komanda üçün hansı nəticələri verdiyinin ayrıca müzakirə mövzusu olduğunu bildirib: “Azərbaycan belə bir yol seçib. Bizim yolumuz isə, məncə, fərqli olmalıdır. Burada milli komandaya təzyiq, tələb və gözləntilər daha yüksəkdir. Düşünürəm ki, əsas məqsədlərimizdən biri yerli futbolçular olmalı və onlar üçün daha əlverişli qaydalar hazırlanmalıdır”.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09