İspaniya millisinin və “Barselona”nın gənc ulduzu Lamin Yamalın sevgilisi İnes, sosial şəbəkələrdə futbolçuya maraqlı müraciət ünvanlayıb. O, Yamaldan DÇ-2026-nın finalına yüksəlməyi “yalvararaq” xahiş edib: “Eşqim, finala vəsiqə qazanmaq üçün nə lazımdırsa et. Məni eşidirsən??? Nə lazımdırsa!”
Bu emosional çağırışın səbəbi isə final matçının fasiləsində baş tutacaq möhtəşəm şoudur. Belə ki, iyulun 19-da keçiriləcək mundialın finalında dünyaşöhrətli ulduzlar – Castin Biber, Madonna, Şakira və BTS qrupu səhnə alacaq. İnes isə bu tarixi şounu canlı izləmək üçün Yamalın finala yüksəlməsini səbirsizliklə gözləyir.