Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk futbol matçının keçiriləcəyi tarix bəlli olub.
Azərbaycan I Liqasının IX turu çərçivəsində yerli “Xankəndi” komandası “Karvan-Yevlax”ı qəbul edəcək. Noyabrın 19-da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
Bununla da “Xankəndi” klubu ev oyunlarını bundan sonra yenidən qurulan stadionda keçirəcək.
I Liqanın digər təmsilçisi MOİK də qış fasiləsindən sonra bu arenanın xidmətindən yararlanmağı planlaşdırır.