Vinisius Madriddə qaldı: Mövsümə 24 milyon avro maaş və astronomik sərbəstqalma məbləği

07.08.26 | 02:51

«Real» 125 milyon avroluq Yan Diomande transferini rəsmiləşdirməsindən dərhal sonra komandanın digər əsas ulduzu Vinisius Junior da gələcəyi ilə bağlı son qərarını verib. Braziliyalı vinger London «Arsenal»ının cəlbedici təklifini geri çevirərək «Kral klubu» ilə müqavilənin müddətini uzadıb.

Madrid təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, 26 yaşlı braziliyalı hücumçu klubla 2032-ci ilin yayına kimi nəzərdə tutulan 6 illik yeni sözləşməyə imza atıb.

Məşhur insayder Fabrisio Romanonun məlumatına görə, Vinisius ilk gündən Madriddə qalmaq niyyətində olub. Klub prezidenti Florentino Peres isə braziliyalı ulduzu layihənin ən açar fiqurlarından biri kimi görüb. Danışıqlar prosesində Joze Mourinyonun da fəal rol oynadığı qeyd olunur.

Məlumata görə, futbolçuya İngiltərə Premyer Liqasının nəhəngi «Arsenal» ciddi maraq göstərirdi. Londonlular Vinisiusu komandanın hücum xəttinin liderinə çevirməyi və onu çempionatın ən yüksək ödənişli futbolçularından biri etməyi planlaşdırırdı. «Topçular»ın nümayəndələri oyunçunun ətrafı ilə ilkin danışıqlar aparsalar da, Vinisius Madrid klubundan ayrılmaq variantını nəzərdən keçirmədiyini birmənalı şəkildə bəyan edib.

Maliyyə şərtləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılan Vinisius yeni müqaviləyə əsasən, müxtəlif bonuslar nəzərə alınmadan, illik 24 milyon avro maaş alacaq və imic hüquqlarının yarıdan çoxuna sahib olacaq. Sözləşmədəki rekord təzminat maddəsi isə digər Avropa klublarının ulduz futbolçunu transfer etmək ümidlərinin üstündən xətt çəkir. «Real» gün ərzində « Laypsiq»dən ivuarlı hücumçu Yan Diomandenin 125 milyon avroluq transferini rəsmən elan etmişdi. Vinisiusla bağlanan yeni müqavilə isə Madrid klubunun eyni gündə imzaladığı ikinci böyük uğur oldu.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09