VAR-dan dönən penalti və “PSJ”-nin əks-hücum dərsi

15.04.26 | 07:48
Dünya futbolu

“Liverpul”un tətbiq etdiyi yüksək pressinq qonaqları səhvə məcbur etsə də, mersisaydlılar bu fürsətlərdən yararlana bilmədilər. Matçın əvvəlində “PSJ” futbolçuları meydanın mərkəzində bir neçə dəfə top itkisinə yol versələr də, ev sahiblərinin hücumları məntiqi sonluqla bitmirdi. Aleksis Mak Allister ötürmələrdə ləngiyir, Matvey Safonov isə cinah asmalarını inamla dəf edirdi. İlk oyunla müqayisədə İsakın hava toplarındakı aktivliyi artsa da, Safonov hər dəfə topa hamıdan tez sahib olmağı başarırdı.

Oyunun ilk 15 dəqiqəsində yalnız “PSJ” real qol vəziyyətləri yarada bildi. Texniki zonada isə Arne Slot sanki özü sahəyə çıxıb yetirmələrinə kömək etmək istəyirdi. Slotun Əşrəf Hakimi tərəfindən göndərilən ötürməyə müdaxilə etmək cəhdi Luis Enrikeni özündən çıxardı. Hər iki mütəxəssis texniki zonanı tərk etdiyi üçün referi tərəfindən şifahi xəbərdarlıq aldı.

Uqo Ekitikenin gözlənilməz zədəsi “PSJ”-nin planlarını pozdu – o, meydanı xərəkdə tərk etmək məcburiyyətində qaldı. Digər tərəfdən, Slot nəhayət Məhəmməd Salahı oyuna daxil etdi. Misirli ulduz dərhal hücuma rəng qatsa da, “qırmızıların” cəhdləri nəticəsiz qalırdı. Yağışlı hava və sürüşkən ot örtüyü futbolçuların işini daha da çətinləşdirirdi. Beləliklə, ilk hissədə qapılara qol vurulmadı.

Fasilədən sonra Arne Slot Frimponq və İsakı Kodi Qakpo və Co Qomeslə əvəzlədi. Oyuna sonradan qoşulan futbolçular dərhal uzaq məsafədən zərbələrlə bəxtlərini sınamağa başladılar, lakin Safonov qapıda “keçilməz qala” kimi dayanmışdı.

Matçın kritik anlarından biri Mak Allisterin Vilyam Paço ilə təmasdan sonra cərimə meydançasında yerə yıxılması oldu. Baş hakim Maurisio Mariani əvvəlcə penalti təyin etsə də, VAR monitoruna baxdıqdan sonra qərarını dəyişdi. Təkrarlar yüngül təmasın olduğunu göstərsə də, hakim bunu penalti üçün yetərli hesab etmədi.

“Liverpul”un artan təzyiqinə tab gətirən “PSJ” kəskin əks-hücumla rəqibini cəzalandırdı. Əvvəlcə Usman Dembele uzaq məsafədən vurduğu zərbə ilə topu sol aşağı küncə göndərdi. Əlavə olunmuş dəqiqələrdə isə Barkolanın ötürməsini qola çevirən Dembele “dublunu” rəsmiləşdirərək matça son nöqtəni qoydu – 0:2.

Səfərdəki parlaq qələbə ilə yarımfinala yüksələn “PSJ”-nin növbəti mərhələdəki rəqibi “Bavariya” – “Real” cütünün qalibi olacaq. Turnirlə vidalaşan “Liverpul” üçün isə indi əsas hədəf Premyer Liqada ilk üçlükdə qərarlaşmaqdır.

Çempionlar Liqası. 1/4 final cavab oyunları

“Liverpul” (İngitərə) – PSJ (İspaniya) 0:2 (ilk oyun – 0:2)

Dembele, 72. 90+1.

Paylaş:

Xəbər Lenti

Cüdoçularımız Düşənbəyə yollanır

16.04.26 | 18:04

Manafov CAR-a qayıdır: Müdafiəçinin “Qəbələ” macərası başa çatır

16.04.26 | 17:51

Şümşad Bəhramov: “Cüdo tarixi belə ədalətsizlik görməyib”

16.04.26 | 17:39

Cüdoçularımız qitə çempionatında medal mübarizəsini davam etdirir

16.04.26 | 14:47

Turun hakim təyinatları bəlli oldu

16.04.26 | 14:34

Portuqaliyada qələbə

16.04.26 | 14:29

Rui Jorjenin korpusu formalaşır: U-21-də yeni təyinat

16.04.26 | 14:34

“Sabah” – “Qarabağ” matçına biletlərin üçdə biri artıq satılıb

16.04.26 | 14:09

Avropa çempionatı: Ağayev yarımfinalda, Həmidovadan böyük sensasiya

16.04.26 | 13:46

Konfrans Liqası: Fransada ümid, digər meydanlarda möcüzə axtarışı

16.04.26 | 13:07

Avropa Liqasında status-kvo qorunacaq, yoxsa sürpriz baş verəcək?

16.04.26 | 13:35

Messiyə şok ittiham: Məhkəmə qarşısında!”

16.04.26 | 09:20

Marko van Basten şokdadır: “Həyat yoldaşımın daxilinə şeytan girdiyini deyir!”

16.04.26 | 07:57

Avropa çempionatı: Nicat Abasov və Aydın Süleymanlı liderlər qrupunda

16.04.26 | 07:53

Arda Gülərin tarixi rekordları “Real”a yetmədi

16.04.26 | 07:38

“Arsenal” adını növbəti mərhələyə yazdırdı

16.04.26 | 07:10

Yevgeni Kukseviç: “Məğlub olsaq da, göstərdiyimiz oyun qələbəyə bərabərdir”

15.04.26 | 20:41

Yüksək liqada finalın vaxtı açıqlandı

15.04.26 | 17:58

“Qəbələ” İbrahim Sanqare ilə yollar ayrılır

15.04.26 | 13:15

Zamik Əliyev Danimarka klubunun hədəfindədir

15.04.26 | 13:51