Valdas Dambrauskas: “Hər iki qol fantastik idi, amma bu hələ başlanğıcdır”

13.05.26 | 23:26
Ölkə futbolu

Azərbaycan Kubokunun finalında “Zirə”ni 2:1 hesabı ilə məğlub edərək titula sahib çıxan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşmadan sonra mətbuat konfransında qələbə təəssüratlarını bölüşüb.

Litvalı mütəxəssis ilk növbədə komandasını və klub personalını təbrik edib: “İlk vbədə futbolçularımı brik edirəm. Onları təkcə bugünkü oyuna görə deyil, bütün mövsüm boyu nümayiş etdirdikləri mübarizəyə görə alqışlayıram. Onlar əsl qəhrəmandırlar. Demək olar ki, ideal mövsüm keçirdik – iki titul qazandıq, 33 oyunluq məğlubiyyətsizlik seriyası yaxaladıq və çempionatın bitməsinə bir ay qalmış qızıl medalları təmin etdik. Bütün bunlar oyunçuların meydandakı fədakarlığının nəticəsidir. Onlar qalib gəlməyi nə qədər çox istədiklərini sübut etdilər”.

Dambrauskas qələbədə payı olan hər kəsə, xüsusən də klub rəhbərliyinə təşəkkürünü bildirib: “Məşqçilər heyətinə, həkimlərə, texniki personala və klub rəhbərliyinə minnətdaram. Ramin Həsənov hər zaman yanımızda oldu, bizə böyük dəstək verdi. “Sabah” mənim karyeramda çalışdığım 10-cu klubdur. Buradakı ab-hava və insanların peşəkarlığı valehedicidir”.

Rəqibin oyununa da toxunan baş məşqçi bunları deyib: “Zirə”ni təbrik edirəm, çox yaxşı komandadırlar və məşqçi işi hiss olunur. Hesabı açdıqdan sonra müdafiəyə çəkilsələr də, mən bu oyundan zövq aldım. Sonda isə qalib tərəf biz olduq. Həmçinin, Azərbaycan futbolunu işıqlandıran, hər zaman press-konfranslarda iştirak edən jurnalistlərə də zəhmətlərinə görə təşəkkür edirəm”.

Dambrauskas finalda vurulan qollar arasındakı seçim barədə sualı belə cavablandırıb:

“Çox yaxşı sualdır. Biz hər zaman azarkeşlərin zövq alacağı hücum futbolu oynamağa çalışırıq. Seçim etməli olsam, deyərdim ki, hər iki qol bizim üçün həyati əhəmiyyət kəsb edirdi. Bu qolların arxasında böyük komanda işi dayanır. Məsələn, Mikels mövsümü möhtəşəm keçirdi, lakin o olmayanda Kahim Parris və Xəyal Əliyev onu layiqincə əvəzlədilər və vacib qollar vurdular. Futbolçularımla qürur duyuram, mən dünyanın ən xoşbəxt insanıyam”.

Karyerası ərzində 5 müxtəlif ölkədə titullar qazanan məşqçi “Sabah”dakı uğurunu digərləri ilə müqayisə etmək istəməyib:

“Heç bir klubu müqayisə etmək istəməzdim, çünki hər birinin mənim üçün öz yeri var. “Hayduk”la qazandığım kubok çox emosional idi. Lakin Azərbaycanda bir mövsümdə iki titul qazanmaq – həm çempionluq, həm kubok – bu, tamamilə fərqli və xüsusi bir hissdir. İnanıram ki, gələcəkdə azarkeşlərimizi daha böyük uğurlarla sevindirəcəyik”.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16