Məşhur ukraynalı mütəxəssis Nikolay Tsımbal UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində avqustun 6-da Polşanın Lyublin şəhərində keçiriləcək “Dinamo” (Kiyev) – “Qarabağ” matçı ilə bağlı gözləntilərini bölüşüb.
Sport.ua portalına özəl açıqlama verən ekspert Kiyev təmsilçisinin baş məşqçisi İqor Kostyuk ətrafındakı təzyiqlərə və “Qarabağ”la görüşün əhəmiyyətinə toxunub: “Dinamo”nun Avropa Liqasından erkən kənarlaşmasından sonra baş məşqçi İqor Kostyukun istefa mövzusu yenidən gündəmə gəlib. Çoxları hesab edir ki, “Qarabağ” ilə matçlardakı növbəti uğursuzluq Kostyukün sonunu gətirə bilər. Lakin mən bu qədər kəskin fikirləşmirəm. Klub prezidenti İqor Surkisin ona olan etimad hələ bitməyib.
Əlbəttə, “Dinamo”’ böhranı dərinləşdirməmək üçün “Qarabağ”la oyunlarda həm adını, həm də məşqçisini qorumalıdır. Kiyevlilər artıq Lyublində mərhələ adlamaq yolunda ciddi iddia ortaya qoymalıdırlar. Hətta minimal hesablı qələbə belə, bir həftə sonra Bakıda keçiriləcək cavab matçında ukraynalılara üstünlük verəcək. Çünki meydan sahibləri “Qarabağ” revanş almaq üçün hücuma atılacaq, müdafiəni unudacaq və “Dinamo” müdafiədəki bu boşluqlardan mütləq istifadə edəcək.
Bütün bunları nəzərə alaraq hesab edirəm ki, “Dinamo” Lyublində tərəzinin gözünü öz xeyrinə əyib, 1:0 hesablı qələbə qazanacaq. Ancaq bunun üçün Kiyev təmsilçisi meydanda maksimum gücünü ortaya qoymalı, imkanlarının son həddinədək mübarizə aparmalıdır”.