UEFA və KONKAKAF-dan qlobal inqilab: 96 komandalıq ortaq Millətlər Liqası yaradıla bilər

22.08.26 | 13:10
Dünya futbolu

Səkkiz il əvvəl yaradılan UEFA Millətlər Liqası hazırda avropalı futbol azarkeşlərinin ən sevimli turnirlərindən birinə çevrilib. Bəs bu yarışa bütün Şimali Amerika qitəsi qoşularsa və iştirakçı komandaların sayı 55-dən 96-ya çatdırılarsa necə?

İngiltərənin “The Guardian” nəşrinin məlumatına görə, bu ssenari heç də utopik deyil. Avropa futbolunun ali qurumu olan UEFA və Şimali, Mərkəzi Amerika, Karib hövzəsi ölkələrini özündə birləşdirən KONKAKAF 96 ölkənin iştirak edəcəyi ortaq Millətlər Liqası turnirinin təşkili istiqamətində danışıqlar aparır. Birgə yarışın xüsusilə kiçik futbol ölkələrinə ciddi əlavə gəlir gətirəcəyi gözlənilir.

Mənbə qeyd edir ki, bu meqa-layihə eyni zamanda hər iki konfederasiyanın tənqid hədəfinə çevrilmiş FİFA və onun hazırkı prezidenti Canni İnfantinoya qarşı böyük bir zərbə olacaq.

Xatırladaq ki, təxminən on gün əvvəl UEFA və KONKAKAF Asiya Futbol Konfederasiyası (AFC) ilə güclərini birləşdirərək İnfantinonun istefasını tələb etmişdilər. Buna səbəb kimi FİFA kuluarlarında dünya çempionatının final mərhələsi səhmlərinin özəl investorlara satılması planının hazırlanması göstərilirdi. Hərçənd bu ideya müvəqqəti təxirə salınsa da, hər üç konfederasiya FİFA-nın hazırkı rəhbərinin öz postunda qalmamalı olduğu qənaətindədir.

Vahid Millətlər Liqasının yaradılması ilə bağlı müzakirələr hələ ilkin mərhələdə olsa da, yeni turnirin hazırda UEFA və KONKAKAF-ın öz yarışlarında tətbiq etdiyi çoxliqalı format əsasında keçiriləcəyi ehtimal olunur. Reqlamentə əsasən, qrup mərhələsindən sonra pley-off (seçmə) matçları oynanılacaq, yekunda isə çempionu müəyyənləşdirmək üçün 4 komandanın iştirakı ilə “Dördlər finalı” təşkil olunacaq.

Hər iki konfederasiya öz Millətlər Liqası layihəsinə 2018-ci ildə start verib və hər iki qitədə matçlar beynəlxalq təqvimdəki eyni tarixlərdə keçirilir. Məhz bu amilin ortaq yarışın təşkilini xeyli asanlaşdıracağı bildirilir. İlkin planlara görə, yeni turnirin qrup mərhələsinin oyunları sentyabr, oktyabr və noyabr aylarındakı ənənəvi beynəlxalq pəncərələr zamanı baş tutacaq. Bunun ardınca, mart ayında pley-off matçlarının, iyun ayında isə həlledici final turnirinin təşkil olunması nəzərdə tutulur.

İki ildən bir keçirilməsi nəzərdə tutulan bu irimiqyaslı yarışa ən tez 2028-ci ildə start verilə bilər.

Paylaş:

Xəbər Lenti

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20