UEFA Kimmix və Oliseyə əlavə cəza vermədi

13.03.26 | 01:37
Dünya futbolu

“Bavariya”nın aparıcı futbolçuları Yoşua Kimmix və Maykl Olise sarı vərəqə limitini qəsdən doldurduqlarına dair iddialardan “quru” çıxıblar. UEFA İntizam Komitəsi hər iki oyunçu barəsində əlavə sanksiya tətbiq etməmək qərarına gəlib.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə “Atalanta”nı darmadağın edən (6:1) münhenlilərin heyətində Kimmix və Olise vaxtı uzatdıqları üçün xəbərdarlıq almışdılar. Bu vərəqələr onların limitini doldurduğu üçün futbolçular cavab qarşılaşmasını buraxmalı olacaqlar. Lakin vərəqələrin qəsdən, “təmizlənmə” məqsədilə alındığına dair şübhələr yaranmışdı.

Sky Sport-un insayderi Kerri Haunun verdiyi məlumata görə, UEFA-nın İntizam Komitəsi cümə axşamı keçirilən iclasda vərəqələrin qəsdən alınması ilə bağlı araşdırma başlatmamağa qərar verib. Beləliklə, hər iki futbolçu cəzasını cavab matçında çəkəcək və 1/4 final mərhələsinə vərəqə limitini sıfırlayaraq daxil olacaqlar.

UEFA bu tip “taktiki” vərəqələrə görə indiyədək ən ağır cəzanı yalnız Serxio Ramosa qarşı tətbiq edib. Oxşar hallarda Dani Karvaxal və Jerar Pike barəsində də araşdırmalar aparılsa da, onlar əlavə cəzadan yayına bilmişdilər.

Paylaş:

Xəbər Lenti

Konfrans Liqası: “Zirə” Gürcüstanda üstünlüyünü qorumağa çalışacaq

16.07.26 | 13:41

ÇL: I təsnifat mərhələsinin nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05