UEFA İnfantinonu geri addım atmağa məcbur etdi, Tramp isə iddiaları təkzib etdi

01.08.26 | 14:55
Dünya futbolu

FIFA prezidenti Canni İnfantino təşkilatın himayəsi altında keçirilən turnirlərin kommersiya hüquqlarının idarəçiliyinin özəl investorlara həvalə olunmasını nəzərdə tutan qalmaqallı FIFA Forward Enterprise (FFE) layihəsindən rəsmən imtina edib.

İsveçrəli funksioner dünən gecə yaydığı açıqlamada təklifin geri götürüldüyünü təsdiqləyərək, layihənin yaratdığı dərin fikir ayrılıqlarının artıq onun ilkin məqsədlərinə xidmət etmədiyini bildirib.

Təxminən 20 milyard dollar dəyərində qiymətləndirilən FFE-nin yaradılması planı dünya futbolunda ciddi narazılıq doğurmuşdu. Layihə dünya çempionatları və FIFA-nın digər turnirlərinin kommersiya və yayım hüquqlarının vahid özəl struktur vasitəsilə idarə edilməsini nəzərdə tuturdu. Bu təşəbbüsə UEFA, KONKAKAF və Asiya Futbol Konfederasiyası (AFK) başda olmaqla aparıcı futbol qurumları açıq şəkildə etiraz etmişdi.

Həlledici mövqeni isə UEFA nümayiş etdirdi. Avropa futbol qurumu və ona üzv bütün milli assosiasiyalar bəyan etdilər ki, FIFA özəl investorların turnirlərin idarəçiliyinə cəlb olunmayacağına dair hüquqi öhdəlik yaradan təminat verməyəcəyi təqdirdə, təşkilatın bütün yarışlarını boykot edəcəklər. Məhz bu sərt mövqe İnfantinonu geri addım atmağa vadar edib.

Layihə ətrafında siyasi müzakirələr də geniş rezonans doğurmuşdu. İddialara görə, investorlar qrupuna ABŞ Prezidenti Donald Trumpın kürəkəni Cared Kuşnerin kiçik qardaşı Coşua Kuşnerin təsis etdiyi Thrive Eternal fondu rəhbərlik etməli idi. FIFA Cared Kuşnerin layihədə iştirak etmədiyini xüsusi vurğulasa da, ABŞ-nin 2025-ci il Klublararası Dünya Çempionatına və 2026-cı il dünya çempionatına ev sahibliyi etməsi Ağ Evin prosesə mümkün təsiri ilə bağlı sualları daha da artırmışdı.

İyulun 31-də Kemp-Deviddə jurnalistlərin suallarını cavablandıran Donald Tramp isə İnfantino ilə belə bir layihədə pay sahibi olmaq məsələsini müzakirə etdiyini qəti şəkildə təkzib edib. ABŞ prezidenti iddialara qısa və konkret şəkildə “xeyr” cavabını verib. Beləliklə, dünya futbolunun gələcəyini dəyişdirə biləcəyi deyilən 20 milyard dollarlıq layihə hələ reallaşmamış kontinental konfederasiyaların vahid müqaviməti qarşısında iflasa uğradı. İnfantinonun geri addımı isə FIFA-nın son illərdə irəli sürdüyü ən mübahisəli təşəbbüslərdən birinin gündəmdən çıxması ilə nəticələndi.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46