Üç güləşçimiz Avropa çempionatının finalında

07.07.26 | 00:06
Digər növlər

Şimali Makedoniyanın paytaxtı Skopyedə start götürən U-20 Avropa çempionatının ilk günü yunan-Roma güləşçilərimiz üçün uğurlu keçib. Yarışın ilkin mərhələsində 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində mübarizə aparan pəhləvanlarımızdan 3-ü adını finala yazdırıb, 1-i isə bürünc medal şansı qazanıb.

Milli komandamızın üzvlərindən xalçaya ilk olaraq Emin Cavadlı (55 kq) çıxıb. Rəqiblərinə aman verməyən gənc pəhləvanımız müvafiq olaraq Denizhan Ogün (Türkiyə, 5:1), Lenni Voerner (Almaniya, 16:5) və Vasileyos Papageorgiunu (Yunanıstan, 9:0) məğlub edərək adını həlledici mərhələyə yazdırıb. O, qızıl medal uğrunda ermənistanlı Edqar Petrosyanla gücünü sınayacaq. Digər finalçımız Cavidan Nehmətov (77 kq) isə Luka Kayanne (Finlandiya, 2:0), Nazar Berkovski (Rusiya, 8:0) və Alkan Akaranı (Türkiyə, 3:1) sıradan çıxararaq eyni uğuru təkrarlayıb. Cavidanın çempionluq yolundakı son rəqibi Ermənistan təmsilçisi Samvel Terteryan olacaq.

Yarışa inamlı start verən Orxan Hacıyev (87 kq) də komanda yoldaşlarından geri qalmayıb. Anton Buxholts (Almaniya, 9:0), Vladislav Solodçuk (Ukrayna, 11:9) və İtjak Nemsadzeni (İsrail, 9:0) mübarizədən kənarlaşdıran qəhrəmanımız finala yüksəlib və sabah rusiyalı Mixail Şkarinlə baş mükafat uğrunda qarşılaşacaq. Mübarizəyə 1/4 finaldan qoşulan ağırçəkili güləşçimiz Museyi-Kazım Hüseyn (130 kq) isə ilk görüşündə Lyova Şuxyanı (Ermənistan, 2:1) üstələsə də, yarımfinalda ukraynalı İvan Yankovskiyə (0:9) uduzub. Bununla belə, çıxışını davam etdirən təmsilçimiz sabah bürünc medal uğrunda türkiyəli Üzeyir Bostanla üz-üzə gələcək.

Tural Əhmədov (63 kq) isə 1/8 finalda gürcüstanlı Giorgi Tçikaidzeyə (0:9) məğlub olaraq çıxışını erkən başa vurub.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24