Türkiyə futbolu növbəti böyük qalmaqalla sarsılıb.

20.02.26 | 12:03

İstanbul Respublika Prokurorluğu tərəfindən həyata keçirilən genişmiqyaslı əməliyyat nəticəsində, peşəkar liqalarda çıxış edən bir çox klubun rəhbər şəxsləri “danışılmış oyunlar” və “qanunsuz mərc” ittihamı ilə saxlanılıb.

İstanbuldan başlayan araşdırmalar çərçivəsində təhlükəsizlik qüvvələri 10 müxtəlif vilayətdə, ümumilikdə 33 ünvanda eyni vaxtda əməliyyat keçirib. “Futbolda mərc və danışılmış oyunlar” adı verilən bu cinayət işi çərçivəsində 33 şübhəlidən 32-si artıq nəzarətə alınıb. Qaçmağa müvəffəq olan bir nəfərin isə axtarışları davam edir.

İstintaqın ən diqqətçəkən tərəfi prokurorluğun rəsmi bəyanatında öz əksini tapıb. İddialara görə, bəzi klub rəhbərlərinin gizli mərc hesabları aşkar edilib. Bu şəxslərin öz klublarının çıxdığı oyunlarda rəqib komandanın qələbəsinə (“rəqibin xeyrinə”) mərc qoyduqları müəyyən olunub. Bu isə o deməkdir ki, rəhbərlər şəxsi qazanc naminə öz komandalarının məğlubiyyətində maraqlı olublar.

Jurnalist Çağdaş Evren Şenlik-in əldə etdiyi məlumata görə, istintaqın hədəfində həm Super Liqa, həm də aşağı liqalarda çıxış edən tanınmış klublar var. Saxlanılan rəhbərlərin aşağıdakı klublarda fəaliyyət göstərdiyi bildirilir: “Antalyaspor”, “Adana Demirspor”, “Alanyaspor”, “Sivasspor”, “Konyaspor”, “Göztepe”, “Bodrumspor”, “Girəsunspor”, “Dənizlispor”, Kocaelispor”, “Gənclərbirliyi”.

Şübhəlilər Türkiyənin 6222 saylı “İdmanda zorakılığın və iğtişaşların qarşısının alınması haqqında” qanununun 11-ci maddəsini pozmaqda ittiham olunurlar. Bu maddə idman müsabiqələrinin nəticələrini manipulyasiya edən şəxslər üçün ağır cinayət məsuliyyəti və uzunmüddətli həbs cəzası nəzərdə tutur.

Paylaş:

Xəbər Lenti

İspaniya Kabo-Verdenin müqaviməti ilə üz-üzə – YENİLƏNİR

15.06.26 | 21:04

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24