Türkiyə Trendyol Superliqasında 2026/2027 mövsümünün təqvimi müəyyənləşib. Türkiyə Futbol Federasiyasının (TFF) Rivedəki Həsən Doğan adına Milli Komandalar Təlim-Məşq Bazası və Mərkəzində keçirilən püşkatma mərasimində prinsipal matçların tarixləri bəlli olub.
Mövsümün əsas intriqasını təşkil edən dərbi həftələrinin təqvimi aşağıdakı kimidir:
Dərbi həftələri (I dövrə)
4-cü həftə: “Fənərbaxça” – “Beşiktaş”
6-cı həftə: “Trabzonspor” – “Qalatasaray”
8-ci həftə: “Trabzonspor” – “Beşiktaş”
9-cu həftə: “Qalatasaray” – “Fənərbaxça”
13-cü həftə: “Beşiktaş” – “Qalatasaray”
15-ci həftə: “Fənərbaxça” – “Trabzonspor” Trendyol Superliqasında yeni mövsümün ilk turunun oyunları 14–17 avqust tarixlərində keçiriləcək. Çempionatda qış fasiləsi 21 dekabr 2026-cı il – 15 yanvar 2027-ci il tarixlərini əhatə edəcək. 2026/2027 mövsümünə 2027-ci il mayın 23-də yekun vurulacaq.