Azərbaycan Premyer Liqasında çıxış edən futbolçu tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.
“Turan-Tovuz” klubunun mətbuat xidmətinin məlumatına görə, komandanın mərkəz müdafiəçisi Roderik Miller Panamanın baş məşqçisi Tomas Kristiansenin 2026-cı il dünya çempionatı üçün açıqladığı yekun heyətə daxil edilib.
Bununla da, Miller Azərbaycan çempionatında çıxış etdiyi dövrdə dünya çempionatına yollanan ilk futbolçu kimi tarixə düşüb. Bu hadisə həm “Turan-Tovuz”, həm də bütövlükdə Azərbaycan futbolu üçün əlamətdar nailiyyət sayılır.