“Turan-Tovuz”dan əzmkar qələbə: Sumqayıt Tovuzda əliboş döndü

06.09.26 | 20:13
Ölkə futbolu

Azərbaycan Premyer Liqasının IV turunda “Turan-Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edib.  Qarşılaşma kifayət qədər gərgin mübarizə şəraitində keçib və sonda sevinən tərəf isə meydan sahibləri olub – 2:1.

Oyunun start fitindən cəmi 9 dəqiqə sonra qonaqlar hesabı açıblar. Ronaldo Vaskes “Sumqayıt”ın sürətli hücumunu dəqiq zərbə ilə tamamlayaraq komandasını önə keçirib. “Turan-Tovuz” isə erkən qoldan sonra ruhdan düşməyib və təşəbbüsü tədricən ələ alıb.

Meydan sahiblərinin təzyiqi 20-ci dəqiqədə bəhrəsini verib. Jo Batista rəqib qapısına yol taparaq hesabı bərabərləşdirib – 1:1. İlk hissənin qalan bölümündə tərəflər bir-birinin qapısı qarşısında təhlükəli epizodlar yaratsalar da, hesab dəyişməyib.

İkinci hissədə “Turan-Tovuz” daha inamlı təsir bağışlayıb. Tovuz təmsilçisi rəqib müdafiəsinin boşluqlarından istifadə etmək üçün imkan axtarıb və 60-cı dəqiqədə istəyinə çatıb.

Jorje Silva baxımlı hücumu dəqiq zərbə ilə tamamlayaraq meydan sahiblərini hesabda önə keçirib – 2:1.

Bundan sonra “Sumqayıt” məğlubiyyətdən qaçmaq üçün irəli atılıb. Qonaqlar son dəqiqələrdə təzyiqi artırsa da, “Turan-Tovuz” müdafiədə inamlı oynayaraq hesabı qoruyub.

Beləliklə, Tovuz təmsilçisi geridən gələrək “Sumqayıt” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb. “Sumqayıt” isə səfərdən xalsız dönüb.

Turan-Tovuz – Sumqayıt 2:1 (1:1)

Qollar: Vaskes, 9 (0:1), Batista, 20 (1:1), J. Silva, 60 (2:1)

Baş hakim: Kamranbəy Rəhimov.

“Turan-Tovuz”: Aleksey Kenyaykin, Rəhim Sadıxov (Rahil Məmmədov, 90+3), Dioqu Balau (İbrahima Vadji, 77), Enrike Silva, Jo Batista, Emmanuel Hakman (k), Hayderson Urtado, Jorje Silva, Roberto Olabe, Filipp Damyanoviç, David Tavares (Alexandro Serrano, 77).

“Sumqayıt”: Xəyal Fərzullayev, Höccət Haqverdi (k) (Emil Mustafayev, 73), Rüstəm Əhmədzadə, Nihad Əhmədzadə (Aleksa Yankoviç, 78), İsa Suliman, Sedrik Badolo, Ronaldu Vaskes (Jeam Oliveyra, 61), Keffel (Vüsal Paşayev, 78), Lukas Blek, Tyaqo Almeyda (Nadir Orucov, 61), Renan Santana.

Sarı vərəqələr: Haqverdi, Olabe, Vaskes, Badolo, Suliman. Tovuz Şəhər Stadionu

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46