Komandanın heyətinə ingilis hücumçu Coş Ginelli qatılıb. «Aston Villa»nın yetirməsi olan 28 yaşlı forvardla «1,5 + 1» sxemi üzrə müqavilə imzalanıb.
Ginnelli İngiltərənin «Suonsi» “Şursberi», «Börnli», «Linkoln», «Preston», eləcə də, Şotlandiyanın «Haarts» kublarında çıxış edib.
Ginelli ən uğurlu illərini Şotlandiya Premyer Liqasında keçirib. “Haarts” klubunun heyətində 90-dan çox oyuna çıxıb və 20-dən çox qol vurub.
Xüsusilə 2022/23 mövsümündə bütün turnirlərdə 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb ki, bu da onun karyerasının ən məhsuldar ili hesab olunur.
2023-cü ilin sentyabrında “Suonsi”də oynayarkən axil vətərinin qırılması nəticəsində ciddi zədə alıb və 15 aydan çox meydanlardan kənarda qalıb.
O, yalnız 2025-ci ilin yanvarında İngiltərə Kubokuı oyununda yaşıl meydana qayıdıb.