Azərbaycan Premyer Liqasında yeni mövsümün startı Tovuzda verilib. I turun açılış oyununda “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin üstünlüyü şəraitində keçib. İlk dəqiqələrdən təşəbbüsü ələ alan Qurban Berdıyevin yetirmələri oyuna nəzarəti ələ keçirərək rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratmağa çalışıblar.
Gərgin və taktiki mübarizə şəraitində keçən matçın taleyini isə ilk hissədə vurulan yeganə qol həll edib. 35-ci dəqiqədə Enrike Silva fərqlənərək “Turan Tovuz”u hesabda önə keçirib.
Fasilədən sonra Kaxaber Tsxadadzenin komandası hesabı bərabərləşdirmək üçün daha fəal oynasa da, Tovuz təmsilçisinin müdafiə xətti inamlı çıxışı ilə seçilib və “Qəbələ”yə qol vurmağa imkan verməyib.
Beləliklə, “Turan Tovuz” yeni mövsüməminimal minimal hesablı qələbə ilə başlayaraq hesabına 3 xalı yazdırıb.
“Turan Tovuz” – “Qəbələ” – 1:0 (1:0)
Enrike Silva, 35 (1:0)
Tovuz şəhər stadionu
Baş hakim: Tural Qurbanov
“Turan Tovuz”: Aleksey Kenyaykin, Enrike Silva, Alexandro Serrano, Jo Batista (Stiv Besnar, 45+3), Emmanuel Hakman, Xayderson Urtado (k), Jorje Silva, Roberto Olabe, Filip Damyanoviç, David Tavareş (Sadiq Şəfiyev, 74), Dioqu Balau (Rəhim Sadıxov, 81)
“Qəbələ”: Səlahət Ağayev (k), Eşqin Əhmədov (Nicat Əliyev, 46), İsmahil Akinade, Kərim Rossi, Brunu Silva (Ziya Şəkərxanov, 71), Xayme Syerra, Kouya Mabea, İsaak Amoa, Natan Monzanqo, Meşak Uboçioma (Şahin Şahniyarov, 90+3), Edson
Sarı vərəqələr: Enrike Silva, Xayderson Urtado, Filip Damyanoviç