“Neftçi”nin fransalı vingeri İmad Faraj karyerasını Tunisin “Esperans” klubunda davam etdirəcək. Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Esperans”ın 27 yaşlı futbolçu ilə bağlı transfer təklifi və Farajın karyerasını Tunis klubunda davam etdirmək istəyi nəzərə alınaraq, “Neftçi” təklifi müsbət qiymətləndirib. Tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və keçidlə bağlı razılıq əldə olunub.
İmad Faraj 2025-ci ilin iyulunda Kiprin AEK (Larnaka) klubundan “Neftçi”yə transfer olunmuşdu. O, Bakı təmsilçisinin heyətində bir mövsümdə 34 rəsmi oyunda meydana çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.