UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la Niderlandın “Tvente” klubu arasında keçiriləcək oyunların bütün detalları müəyyənləşib.
Qitə futbol qurumu komandalar arasındakı hər iki qarşılaşmanın başlama saatını, keçiriləcəyi stadionları və təyinat alan hakim briqadalarını açıqlayıb. Pley-offun ilk oyunu Niderlandda, həlledici cavab qarşılaşması isə Bakıda baş tutacaq.
Oyunların cədvəli və hakimlər briqadası aşağıdakı kimidir:
İlk oyun
“Tvente” – “Qarabağ”
Tarix: 20 avqust
Saat: 22:00 (Bakı vaxtı ilə)
Məkan: “De Qrolş Veste” stadionu (Ensxede, Niderland)
Baş hakim: Yucin Caya (Albaniya)
Yan xətt hakimləri: Reydi Avdo, Mario Şazivari (Albaniya)
Dördüncü hakim: Emanuela Rusta (Albaniya)
VAR hakimi: Canluka Aureliano (İtaliya)
Cavab oyunu
“Qarabağ” – “Tvente”
Tarix: 27 avqust
Saat: 20:00 (Bakı vaxtı ilə)
Məkan: Tofiq Bəhrəmov adına Respublika Stadionu (Bakı)
Baş hakim: Rohit Saqqi (Norveç)
Yan xətt hakimləri: Anders-Olav Dale, Ule-Andreas Haukosen (Norveç)
Dördüncü hakim: Marius Hansen-Qrotta (Norveç)
VAR hakimi: Kristoffer Hagenes (Norveç)